Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-634/2024 14.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İdiaçı İddiaçı cavabdeh İmişli regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilib uzadılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı cavabdeh İmişli regional Cavabdeh notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bibisi X3 İmişli şəhərində qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilib uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bibisi X9 xx.xx.2022-ci il tarixdə İmişli şəhərində vəfat etmişdir. Bibisi vəfat edərkən bütün əmlakını ona vəsiyyət etmişdir. Mərhum bibisindən İmişli şəhəri, N.ünvan 1 ünvanında yerləşən yaşayış evi miras qalmışdır. X2 olmuş, əri və övladları olmamış, valideyinləri vəfat etmişdir. Mərhumun qardaşı qızı olaraq ikinci dərəcəli vərəsədir. O, bibisindən miras qalmış evə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İmişli regional Cavabdeh notariat ofisinə müraciət etmiş, lakin ona müddət ötürüldüyündən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.O, Rusiya Federasiyasında yaşayır. Pandemiya ilə əlaqədar ölkəyə gəlmək çətinlik yaratdığına görə, üzrlü səbəbdən notariusa vaxtında müraciət etməmişdir.
3. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 29 may 2005-ci il tarixdə vəfat etmiş X7 İmişli şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85.3 kvm olan iki otaqlı fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ əsasında həyat yoldaşı X1.
4. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyəti Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsi əsasında İmişli şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında xx.xx.2006-cı il tarixli reyestr kitabında 2317 nömrə ilə qeydə alınmışdır.
5. Az İİ 351376 nömrəli ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
6. İmişli rayonu 2 saylı notariat kontorunda təsdiq olunmuş 02 may 2017-ci il tarixli vəsiyyətnamə ilə müyyən olunur ki, X9 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını və o cümlədən İmişli şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə qardaşı qızı X6 vəsiyyət etmişdir.
7. İmişli regional Cavabdeh notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli. 784 nömrəli məktubla miras əmlakı qəbul etmək üçün müəyyən olunmuş 6 aylıq müddəti ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almasından imtina edilmişdir.
8. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh İmişli regional Cavabdeh notariat ofisinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 1134.1 qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
13. Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
14. Maddə 1246-cı vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
15. Maddə 1248.1 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi
21. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən olur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyəti Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsi əsasında İmişli şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında xx.xx.2006-cı il tarixli reyestr kitabında 2317 nömrə ilə qeydə alınmışdır. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İmişli rayonu 2 saylı notariat kontorunda təsdiq olunmuş 02 may 2017-ci il tarixli vəsiyyətnamə ilə X9 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını və o cümlədən İmişli şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə qardaşı qızı X6 vəsiyyət etmişdir. İmişli regional Cavabdeh notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli. 784 nömrəli məktubla miras əmlakı qəbul etmək üçün müəyyən olunmuş 6 aylıq müddəti ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almasından imtina edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı ilə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
24. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 miras qalmış İmişli şəhəri, N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 6 ay müddətdə üzrlü səbəbdən qəbul edə bilməmiş və ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrlü hesab edilərək uzadılmalıdır.
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İdiaçı İddiaçı cavabdeh İmişli regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilib uzadılması tələbi barədə iddia ərizəsi təmin edilsin. İdiaçı İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti (notariat kontoruna mirası qəbul etmə barədə ərizə verilməsi müddəti) ötürülməsi üzrlü hesab edilsin və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev