Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-644/2021 22.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0228 nömrəli 90709038 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X8” X7, “X6” Ərizəçi1 kimi və “X9” X3 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, JN-0228, kod 90709038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İmişli rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli, 11 saylı qərarı ilə onlara 6.27 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında onların adlarının səhv yazılması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Sözü gedən dövlət aktına müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X23 müraciət etmişlər, həmin ərazi idarəsində düzəlişlərin edilməsindən imtina edilmiş, 6 saylı X19 göstərilən məsələyə hər hansı köməklik etmək səlahiyyətinə malik olmadığı üçün müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmişlər. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0228 nömrəli 90709038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1999-cu il tarixli, 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 6.27 ha torpaq sahəsi ərizəçilərin və digər ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1965-ci il tarixdə İmişli rayonunun Otuziki kəndində doğulmuş ərizəçinin soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 09568366 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1961-ci il tarixdə İmişli rayonunun Muradallı kəndində doğulmuş X1, adı və ata adı dövlət aktında X4 qeyd edilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, xx xxxx 2010-cu il tarixdə İmişli rayonunun Qaralar kəndində ölmüş X13 adı Dövlət Aktında X5 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0228 nömrəli 90709038 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərindən X26, Ərizəçi1 və X10 adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0228 nömrəli 90709038 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi1, X14,X26, Ərizəçi2, X20, X11, X21, X22, X17 və X18 aid edilməli və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0228 nömrəli 90709038 kodlu Dövlət aktının Ərizəçi1, X14, X26, Ərizəçi2, X20, X11, X21, X22, X17 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 X7, X6 Ərizəçi1 kimi və X9 X3 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-644/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-644/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver