Məhkəmə qərarları › İş №2(036)-645/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-645/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-645/2021 10.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi3 iştirakı ilə, Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0003 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Valiyə İltifat qızı, X7 Azad Məmməd oğlu və Əliyeva X12 Aynur Məmməd qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi3 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Bəcrəvan kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 11.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0003 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0003 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Valiyə İltifat qızı, X7 Azad Məmməd oğlu və Əliyeva X12 Aynur Məmməd qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0003 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-cı il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən planda sərhədləri göstərilmiş 11.79 ha torpaq sahəsi X20, X5, X26, X16, X24, Ərizəçi1ə Məmməd qızı, Ərizəçi2, X8, X27, X29 və X17 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XV-JQ № 291697 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.1990-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XVİ-JQ № 499502 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi1 Məmməd qızı xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 487077 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Sarvan Kamil oğlu ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş və Əzizova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 801483 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Əliyeva X19 Samir Böyük oğlu ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuş və Əsədova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 369358 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X1 Məmməd İmran oğlu ilə xx.xx.1988-ci ildə rəsmi nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 252339 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X31 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X4 surətinə əsasən Ərizəçi2 xx.xx.1989-cu ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X4 surətinə əsasən Ərizəçi3 xx.xx.1955-ci ildə Masallı rayonunun Təzə-Alvadı kəndində anadan olmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0003 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Valiyə İltifat qızına, X7 Azad Məmməd oğluna və Əliyeva X12 Aynur Məmməd qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0003 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Valiyə İltifat qızına, X7 Azad Məmməd oğluna və Əliyeva X12 Aynur Məmməd qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar