Məhkəmə qərarları › İş №2(036)-69/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-69/2023

04.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-69/2023 04.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunsuz tikilinin sökülməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia qaldıraraq mülkiyyətində olan AA 597049 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinə yeri təyin olunan İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən 0,6903 ha (reyestr nömrəsi: **********3) torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikilinin qarşı tərəfin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin baxılması mərhələsində İddiaçı ərizə verib işin baxılmasından imtina etdiyini göstərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı Cavabdeh torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. . Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50,0 ( əlli) manat İddiaçı tutulub Dövlət büdcəsinə keçirilsin. Qərardaddan 10 ( on) gün müddətində İmişli rayoməhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar