Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-704/2025 29.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, 365578 saylı akt əsasında qanunsuz hesablanmış 666 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun evi İmişli rayonunun Boşçallar kəndində yerləşir, İmişli rayonu Boşçallar kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur və o ailəsi ilə, birlikdə həmin evdə yaşayır. Bir neçə il əvvəl “Azərişıq “ASC tərəfindən elektrik sayğacı quraşdırılmış və ona bildiriş gələndən sonra istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtı vaxtında ödəmişdir. Onun yaşadığı evə quraşdırılmış sayğaca müxtəlif vaxtlarda baxış keçirilmiş guya onun sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməyi müəyyən olunmuşdur. Bununla bağlı ona 20 dekabr 2024-cü il tarixli 365579 nömrəli akt tərtib etmişlər. Həmin aktda gösrərilmişdir ki, “yoxlama zamanı məlum oldu ki, abonent sayğacdan kənar xətdən edir”. Akt tərtib olunduqdan sonra ona 666 (altı yüz altmış altı) manat borc hesablanmışdır.Qeyd olunan akt əsasında hesablanmış əsassız olaraq həmin məbləğdə borc hesablanmışdır. Həmin akt qanunsuz yazılıb. O kənar xətt çəkməmiş. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixli akt tərtib olarkən onun məlumatı olmayıb, kənar xətt isə yaşayış olmayan qonşu həyətdə aşkar olunub, ona heç bir aidiyyəti yoxdur, əgər onu çağırsaydılar və akt yazılarkən iştirakını təmin etsəydilər izah edərdi ki, kənar xətt aşkar olunan həyət onun evindən yüz metr kənarda yerləşir və ona heç bir aidiyyəti yoxdur. Akt onların həyətində yazılrmayıb. Akt yazılmasında jştirak etməmişdir.Onların aktı ilə razılaşmamışdır.Ona heç bir sənəd verməmişdilər.xx.xx.2025-ci il tarixdə ona bildiriş verəndən sonra bilmişdir ki, elektrik enerjisinə 666 (altı yüz altmış altı) manat borcu var. Akt qanunsuz tərtib edildiyinə görə etibarsız hesab edilməli, onların doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozur. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında göstərmişdir ki, İddiaçı "xxxx" ASCnə qarşı barəsində tərtib olunmuş 20 dekabr 2024-cü il tarixli R 365578 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 666 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASC-nin X2 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydalan”na və “X1 Qaydalarf’na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 20 dekabr 2024-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulub. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə İddiaçı barəsində 20 dekabr 2024-cü il tarixli R 365578 saylı akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır. 3,6 kvt x 24 saat x 0,7 x 90 gün = 5443 kvts, Tarif (-600 kvts x 0,08 man = 48,00 man, Tarif (-300 kvts x 0,09 man = 27,00 man, Tarif (-4543 kvts x 0,13 man = 590,59 man, Cəmi 665,59 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 5443 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Beləliklə, iddiaçı 665,59 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmin vaxt iddiaçının nümayəndəsi aktı tərtib edən əməkdaşlarla birlikdə həmin pozuntunu vizual olaraq izləmişdir. Həmin pozuntunun videçəkilişi aparılmışdır. Bu bir daha onun qeyrisəmimi olduğunu göstərir. Buna görə də cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 365578 nömrəli aktından görünür ki, abonent İmişli rayonu, Boşçalılar kəndində yerləşən həyətdən keçən 04 kvtluq hava xəttindən keçən məftildən kənar xətdən istifadə edir. Kənar xətt 2x10 mm kebl vasitəsilə edilib. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videoda özünü cavabdehin əməkdaşı kimi Həsənli Pərvin olduğunu qeyd şəxs tərəfindən video çəkilərək 03567663 nömrəli sayğaca baxış keçirilir və abonent tərəfindən kənar xətdən istifadə edildiyi deyilir. Video çəkiliş zamanı başqa şəxsin iştirakı müşahidə olunmur. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı İmişli rayonu, Boşçalılar kəndi ünvanında yerləşən mənzilə dair kənar xətt aşkar olunması əsası ilə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 365578 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı X4 itirilmiş elektrik enerjisinin dəyəri kimi 665.59 (altı yüz altmış beş manat əlli doqquz qəpik) manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının İmişli rayonu, Boşçalılar kəndi ünvanında yerləşən evdə sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğac sistemindən kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir mötəbəq sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq aktdır və DVD diskdir. Həmin akt cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan üçüncü şəxs tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, videoda özünü cavabdehin əməkdaşı kimi Həsənli Pərvin olduğunu qeyd şəxs tərəfindən video çəkilərək 03567663 nömrəli sayğaca baxış keçirilir və abonent tərəfindən kənar xətdən istifadə edildiyi deyilir. Video çəkiliş zamanı başqa şəxsin iştirakı müşahidə olunmur. Göründüyü kimi həmin diskdə olan audio-video yazıdan İmişli rayonu, Boşçalılar kəndi ünvanında yerləşən evə məhz İddiaçı tərəfindən hər hansı kənar xətt çəkilməsi faktı öz təsdini tapmır. Ümumiyyətlə, isə həmin videonun kim tərəfindən nə vaxt və kim tərəfindən çəkilməsi video yazıdan müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Əgər həmin video yazıdan görünür ki, akt tərtib olunarkən iddiaçının iştirakı təmin edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilərkən“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinin tələblərinə də riayət edilməmişdir. Belə ki, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması müvafiq orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edilməmiş və bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız bunlara riayət edildikdən sonra cavabdehin vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırılması zamanı iddiaçının İmişli rayonu, Boşçalılar kəndi ünvanında yerləşən fərdi yaşayış evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı öz təsdiqini tapmadığından göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İmişli rayonu, Boşçalılar kəndi ünvanında yerləşən fərdi yaşayış evində sayğac sistemindən kənar xətdən istifadə edilməsi, beləliklə də elektrik enerjisindən istifadə qaydalarının pozulması halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının aktın etibarsız hesab edilməsi barədə iddiasına münasibət bildirərək hesab edir ki, həmin hissədə iddia əsaslandırılmadığından rədd edilməlidir. Belə ki, həm “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nda istehlakçının (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmasının hallarının enerji təchizat müəssisəsinin bu halların müfaviq aktın tərtib edilməsi yolu rəsmiləşdirilmsi qaydası nəzərdə tutulmuşdur. Həmin müddəaların mənasından da görünür ki, bu halda aktı yalnız enerji təchizat müəssisəsi əməkdaşları tərtib edə bilər. İşdə olan aktın surətindən də görünür ki, həmin akt cavabdehin əməkdaşı tərəfindən tərtib edilmiş, imzalanmış və cavabdehin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmişdir. Həmin aktın etibarsız hesab edilməsi barədə iddiaçı da məhkəməyə heç bir sübut verməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli İmişli rayonu, Boşçalılar kəndi ünvanı üzrə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 665.59 (altı yüz altmış beş manat əlli doqquz qəpik) manat İddiaçı - abonent kodu **********00152 saylı abunə hesabından silinməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı adına (abonent kodu: **********00152) hesablanmış 665.59 (altı yüz altmış beş manat əlli doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-704/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-704/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver