Məhkəmə qərarları › İş №2(036)-709/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-709/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-709/2023 22.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-174 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Sevinc Vaqif qızı, X1 Heyvagül Balaxan qızı və X3 Emin Üzeyir oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Hacalmuradlı kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 4.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-174 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-174 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X2 Sevinc Vaqif qızı, X1 Heyvagül Balaxan qızı və X3 Emin Üzeyir oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-174 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Hacalmuradlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.61 ha torpaq sahəsi Ərizəçi, X11, X19, X24, X13, X28, X26 və X14 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X8 surətinə əsasən Ərizəçi xx.xx.1951-ci ildə İmişli rayonunun Hacalmurdalı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 15188466 nömrəli AR X8 surətinə əsasən X17 xx.xx.1978-ci ildə İmişli rayonunun Hacalmurdalı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 09081408 nömrəli AR X8 surətinə əsasən X9 xx.xx.1956-cı ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X8 surətinə əsasən X18 xx.xx.1984-cü ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İ-AZ № 179995 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.1984-cü ildə ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Hacalmuradlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 180 nömrəli arayışa əsasən JN-174 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X12 adı X23 və X5 adı X4 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-174 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Sevinc Vaqif qızına, X1 Heyvagül Balaxan qızına və X3 Emin Üzeyir oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-174 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Sevinc Vaqif qızına, X1 Heyvagül Balaxan qızına və X3 Emin Üzeyir oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar