Məhkəmə qərarları › İş №2(036)-71/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-71/2023

28.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-71/2023 28.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il təvəllüdlü bacısı X6 ruhi və əsəb xəstəsidir. O, hərəkətlərini idarə edə bilmir, özünü normal aparmır. X1 özü qulluq edir və daim ona nəzarət edir. Hesab edir ki, bacısına qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəyyum təyin edilməlidir. Bunun üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət vardır. X6 psixi xəstəliklə əlaqədar olaraq İmişli Rayon Mərkəzi Xəstəxanası və 3 saylı X8 qeydiyyatdadır. 7 yaşında Aytən adlı övladı vardır.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10249 nömrəli xəstəlik tarixindən çıxarışa əsasən, X3 qarışıq dissosiatik pozuntu aşkar olunmuşdur.

4. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1768 saylı rəyindən görünür ki, X3 primitiv şəxsdə isterik tipli şəxsiyyət pozuntus aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas yoxdur.

5. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.

7. Maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 ərizənin rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 305.1.3. Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır.

9. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

10. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

11. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.

12. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

17. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır.

19. Belə ki, iş materialları ilə müəyyən olur ki, X6 21 may 1980-ci ildə İmişli şəhərində anadan olub. İrsiyyəti psixi xəstəliklə ağırlaşıb. Uşaq yaşlarından əsəbi, inadkar, qıcıqlara qarşı həssas olub. Qeyri-rəsmi nigah münasibətlərində olub. Həyat yoldaşından ayrılıb. 1 qızı var. Dəmir yolu stansiyasında xadimə işləyib. X9 xəstəlik tarixindən çıxarışdan məlum olur ki, X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Qarışıq dissosiativ pozuntular” diaqnozu ilə stasionar müalicədə olub. Sabunçu rayon Tibb Mərkəzinin 10249 nömrəli xəstəlik tarixindən çıxarışda inkişaf dövrünü ləng keçirdiyini, gec danışdığı, gec yeridiyi, əqli qabiliyyətində aşağı olması səbəbindən orta məktəbdə təhsil almadığı göstərilmişdir. Bununla yanaşı X2 “əqli gerilik” diaqnozu müəyyən edilməmişdir. Xəstəlik tarixində olan qeydlərdə yarımçıq doğulmuş uşağının ölümündən sonra sarsıntı keçirməsi, bundan sonra psixi vəziyyətində dəyişikliklərin meydana çıxdığı göstərilir. X2 mühakimələrinin bir qədər primitivliyi və bilik ehtiyatının kasadlığı əqli geriliklə əlaqədar olmayıb, fərdi psixi xüsusiyyətləri və sosial mühit ilə şərtləndirilmişdir. X3 qeyd olunan psixi pozuntu onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum etmir və o, hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır.

20. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1768 saylı rəyindən görünür ki, X3 primitiv şəxsdə isterik tipli şəxsiyyət pozuntus aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas yoxdur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

22. Məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ərizəçinin bacısı xx.xx.1980-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas yoxdur.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

24. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

25. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

26. Məhkəmə hesab edir ki, ərizə əsassız olduğuna görə rədd edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar