Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-759/2023 28.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A nömrəli 90700098 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş «X11» Hüseynova (Rüstəmova) Xanım İsa qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarına əsasən ona və ailə üzvlərinə torpaq sahəsi ayrılmış və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A nömrəli 90700098 kodlu şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməndə Hüseynova (Rüstəmova) Xanım İsa qızının adı, soyadı və ata adı X6 yazılmışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Şəhadətnamə vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A nömrəli 90700098 saylı şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,32 ha torpaq sahəsi X12, X8, X16, X5, X14, X20, X21, Ərizəçi, X9 və X2 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE17893403 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A nömrəli 90700098 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 504193 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X18 arasında nikah 26 may 2010-cu il tarixdə bağlanmış və həmin nikah 05 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X13 “Hüseynova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A nömrəli 90700098 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçisinin adı düzgün qeyd olunmamışdır, həmin şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A nömrəli 90700098 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X12, X8, X16, X5, X14, Hüseynova (Rüstəmova) Xanım İsa qızı, X21, Ərizəçi, X9 və X1 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-001A nömrəli 90700098 kodlu şəhadətnamənin X12, X8, X16, X5, X14, Hüseynova (Rüstəmova) Xanım İsa qızı, X21, Ərizəçi, X9 və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 Hüseynova (Rüstəmova) Xanım İsa qızı kimi oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-759/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-759/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver