Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-785/2022 15.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi Ərizəçi1 iştirakı ilə açıq məhkəmə iclasında Ərizəçilər Ərizəçi1̇ Əbı̇ ş oğlu, İ̇smayilova Ramella Həzı̇ qızı, Ərizəçi3 Azərbaycan Respublı̇ kası Əmlak Məsələləri Ddövlət Komı̇ təsı̇ ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nı̇ n 6 saylı Beyləqan Ərazı̇ İ̇darəsiniṅ maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1̇ Əbı̇ ş oğlu, İ̇smayilova Ramella Həzı̇ qızı, Ərizəçi3 Azərbaycan Respublı̇ kası Əmlak Məsələləri Ddövlət Komı̇ təsı̇ ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nı̇ n 6 saylı Beyləqan Ərazı̇ İ̇darəsiniṅ maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəməyə ərizə təqdim edərək ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və maraqlı şəxsin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə baxılmamış saxlanılsın. Ərizəçi1 tərəfindən 24.01.2022-ci il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı vasitəsilə (qəbz nömrəsi: 16086, əməliyyat nömrəsi: ********) İmişli rayon Məhkəməsinin depozit hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyindən tutulub Ərizəçi1 ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-785/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-785/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver