Məhkəmə qərarları › İş №2(036)-793/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-793/2022

15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-793/2022 15.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «X11» şəxsiyyət vəsiqəsində olduğu kim Ərizəçi, «X9» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X15 və «X12» şəxsiyyət vəsiqəsində olduğu kimi X6 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq Ərizəçi «X19» kimi, X18 «X20» kimi və X15 «X16» kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 25 noyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3,13 ha torpaq sahəsi X21, X16, X22, X19, X17 və X12 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 04270215 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 yanvar 2022-ci il tarixli, 35 saylı arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət X1 ata adı səhvən X5 yazılmışdır. Əslində onun adı X4 oxunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 yanvar 2022-ci il tarixli, 36 saylı arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktında Ərizəçi adı səhvən X7 yazılmışdır. Əslində onun adı Ərizəçi kimi oxunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 yanvar 2022-ci il tarixli, 37 saylı arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət X2 adı səhvən X8 yazılmışdır. Əslində onun adı X6 oxunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət X3, X15, X22, Ərizəçi, X17 və X14 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-304 nömrəli KOD 90703028 saylı Dövlət X3, X15, X22, Ərizəçi, X17 və X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 Ərizəçi kimi, X9 X4 və X12 X6 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar