Məhkəmə qərarları › İş №2(036)-800/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-800/2021

03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-800/2021 03.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: X9 iştirakı ilə, İddiaçı X9 cavabdeh X4 qarşı “uşağın himayədə qalması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdeh X4 qarşı “uşağın himayədə qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X14 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdeh X10 ilə 28 dekabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 05 dekabr 2016-cı ildə “Məryəm” və 17 mart 2018-ci ildə isə “Leyla” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə görə İmişli Rayon Məhkəməsinin 2(036)-469/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 05 dekabr 2016-cı ildə anadan olmuş X2, 17 mart 2018-ci ildə anadan olmuş X5 iddiaçı X3 himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından hər bir uşağa görə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment tutularaq, X3 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin keçmiş arvadı Esmira xanım ikinci dəfə başqa kişi ilə faktiki olaraq, ailə qurmuşdur. Eləcə də, o, rəsmi nikahlarından anadan olmuş qız uşaqları X6 və X7 onun üstünə atıb, çıxıb getmişdir. Demək olar ki, cavabdeh X10 yetkinlik yaşına çatmayan öz doğma övladları Məryəmin və Leylanın taleyi ilə qəti maraqlanmır, onlara ana nəvazişi göstərmir və onların qayğısına qalmır. Ümumiyyətlə, keçmiş arvadı Esmira xanım bir ana kimi övladları Məryəmin və Leylanın tərbiyəsində, psixi, fiziki, mənəvi inkişafında iştirak etmir, eləcə də, uzun müddətdir ki, onlar ilə ünsiyyət saxlamır və görüşmür. Bildiyinə görə, cavabdeh X10 yeni ailəsi ilə birlikdə Quba rayonunda yaşayır. Onu da qeyd edir ki, 2020-ci ilin may ayından etibarən bu günədək rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan, azyaşlı qız uşaqları Məryəm, Leyla özünün himayəsindədir və onun ilə birlikdə İmişli rayonu, Xoşçobanlı kəndində yaşayırlar. O, bir ata kimi öz doğma övladlarının bütün gündəlik tələbatını ödəyir, onlara layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir. Bir valideyn kimi, öz doğma övladları Məryəmin və Leylanın tərbiyəsində, psixi, fiziki, mənəvi inkişafında iştirak edir və onlara ata nəvazişi, qayğısı göstərir. Eyni zamanda bildirir ki, azyaşlı qız uşaqları X11 və X12 onun himayəsində qalmaq istəyirlər. Eləcə də, cavabdeh X10 birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan, azyaşlı qız uşaqları X2 və X5 onun himayəsində qalmasına razıdır. Hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Məhz bu səbəbdən də, o, cavabdeh X4 qarşı “uşağın himayədə qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, rəsmi nikahlarından 05 dekabr 2016-cı ildə anadan olmuş X2 və 17 mart 2018-ci ildə anadan olmuş X5 özünün himayəsində qalması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X10 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə ki, cavabdeh X10 ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh X3 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını, tərəflərin rəsmi nikahından anadan olmuş uşağın fikrini dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdırıb və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 851583 №-li, 05 yanvar 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 rəsmi nikahından 05 dekabr 2016-cı ildə “X11” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 079822 №-li, 05 aprel 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 rəsmi nikahından 17 mart 2018-cı ildə “X12” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-469/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X14 ilə X10 arasında bağlanmış rəsmi nikahın pozulması, tərəflərin rəsmi nikahından 05 dekabr 2016-cı ildə anadan olmuş X2, 17 mart 2018-cı ildə anadan olmuş X5 X3 himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X9 qazancından hər bir uşağa görə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment tutularaq, X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının Murğuzallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 163 saylı, 10 avqust 2020-ci il tarixli arayışdan görünür ki, tərəflərin rəsmi nikahından 05 dekabr 2016-cı ildə anadan olmuş X11 və 17 mart 2018-cı ildə anadan olmuş X12 20 may 2020-ci il tarixdən etibarən iddiaçı (ata) X9 himayəsindədir və hal-hazırda iddiaçı (ata) X14 ilə birlikdə İmişli rayonu, Xoşçobanlı kəndində yaşayırlar. İş materiallarında olan cavabdeh X3 İmişli Rayon Məhkəməsinə ünvanladığı 17 avqust 2020-ci il tarixli və notarial qaydada təsdiq edilmiş 31 avqust 2020-ci il tarixli ərizələrdən görünür ki, cavabdeh X10 rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan, azyaşlı qız uşaqları X2 və X5 iddiaçı X9 himayəsində qalmasına razıdır. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 7/2121 saylı, 18 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, tərəflərin rəsmi nikahından 05 dekabr 2016-cı ildə anadan olmuş X2 və 17 mart 2018-cı ildə anadan olmuş X5 iddiaçı (ata) X9 himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X14 ilə X8 ər-arvad olmuşlar, onların rəsmi nikahından 05 dekabr 2016-cı ildə “Məryəm”, 17 mart 2018-cı ildə “Leyla” adlı 2 (iki) qız uşağı anadan olmuş, uşaqlar yetkinlik yaşına çatmamış, azyaşlıdır, halhazırda iddiaçı (ata) X9 himayəsindədir və onun ilə birlikdə İmişli rayonu, Xoşçobanlı kəndində yaşayırlar. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-235/2019 saylı, 21 may 2018-ci il tarixli qətnaməsi ilə X14 ilə X10 arasında bağlanmış rəsmi nikahın pozulması, tərəflərin rəsmi nikahından 05 dekabr 2016-cı ildə anadan olmuş X2, 17 mart 2018-cı ildə anadan olmuş X5 X3 himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X9 qazancından hər bir uşağa görə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində, ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment tutularaq, X3 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Bundan başqa, cavabdeh X13 qarşı irəli sürülmüş “uşağın himayəyə verilməsi” tələbinə dair iddianı qəbul edir, yəni rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan, azyaşlı qız uşaqları X2 və X5 iddiaçı X9 himayəsində qalmasına razıdır. Bundan başqa, qəyyumluq və himayəçilik orqanının rəyinə əsasən uşaqların atanın himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, cavabdeh X10 iddiaçı X9 ona qarşı irəli sürdüyü “uşağın himayədə qalması” tələbinə dair iddianı qəbul edir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı X9 bir valideyn kimi valideynlik hüququnun həyata keçirilməsi məqsədi ilə cavabdeh X4 qarşı “valideynlik hüququnun təmin edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.6-cı maddəsinə əsasən uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi bu Məcəllənin vəzifələrindəndir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.5-ci bəndində qeyd edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndində qeyd edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı X9 valideynlik hüququnun həyata keçirilməsi məqsədi ilə cavabdeh X4 qarşı “uşağın himayədə qalması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğunu və 2. Tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığını, eləcə də, ilk növbədə uşaqların hüquq və mənafeləri üstün tutmaqla uşaqların atanın himayəsində qalması ilə bağlı qəyyumluq və himayəçilik orqanının rəyini və cavabdehin (ana) rəsmi nikahlarından anadan olmuş uşaqların iddiaçının (ata) himayəsində qalmasına etiraz etməməsini nəzərə alaraq, iddia təmin edilməli və tərəflərin rəsmi nikahından 05 dekabr 2016-cı ildə anadan olmuş X11 və 17 mart 2018-cı ildə anadan olmuş X12 iddiaçı (ata) X9 himayəsində saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Tərəflərin rəsmi nikahından 05 dekabr 2016-cı ildə anadan olmuş X11 və 17 mart 2018-cı ildə anadan olmuş X12 iddiaçı (ata) X9 himayəsində saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar