Məhkəmə qərarları › İş №2(036)-815/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-815/2024

08.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-815/2024 08.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, övladı-xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı-xx.xx.2005-ci il təvəllüdlü X3 anadangəlmə düşünmə qabiliyyəti olmayan, əqli gerilik xəstəliyindən əziyyət çəkir. O, hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını anlamır. Ona görə də o, ona daim nəzarət etmək məcburiyyətindədir. Xəstə övladının hüquqlarını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək və s. üçün onun üzərində qanunauyğun olaraq qəyyum təyin edilməlidir. Bunun üçün də ilk növbədə o, fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır.

3. Az-İ № 670230 nömrəli doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X3 xx.xx.2005-ci il tarixdə İmişli rayonun Qaralar kəndində doğulmuş, ata qrafasında Ərizəçi, ana qrafasında X6 yazılmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sənədlə onun qulluq tələb edən ciddi davrnış pozuntusu, çox ağır dərəcəli əqli gerilik diaqnozu ilə birinci dərəcəli əlilliyi olduğu müəyyən olunur.

5. İmişli Rayon İcra Hakimiyyəti başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışla müəyyən olur ki, X3 atası Ərizəçi və digər ailə üzvləri ilə birlikdə yaşayır, əlil olduğu üçün ona atası qulluq edir.

6. İmişli Rayon Məhkəməsinin 2(036)-815/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdılr.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1644 saylı rəyi ilə müəyyən olur ki, X2 dərin əqli gerilik aşkar olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

8. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 305.1.3. Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır.

12. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

13. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

14. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.

15. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olur ki, xx.xx.2005-ci il təvəllüdlü X3 anadangəlmə düşünmə qabiliyyəti olmayan, əqli gerilik xəstəliyindən əziyyət çəkir. O, hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını anlamır. Ona görə də ərizəçi ona daim nəzarət etmək məcburiyyətindədir. Xəstə övladının hüquqlarını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək və s. üçün onun üzərində qanunauyğun olaraq qəyyum təyin edilməlidir. Bunun üçün də ilk növbədə o, fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1644 saylı rəyi ilə müəyyən olur ki, X2 dərin əqli gerilik aşkar olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

24. Məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri üçün kifayət qədər əsaslar vardır.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

26. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

27. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

28. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə - ərizəçinin X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar