Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-830/2022 05.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş «Elektirik enerjisindən istifadə qaydalarının pozulması haqqında» 02 oktyabr 2019-cu il tarixli 157244 saylı, 16 dekabr 2019-cu il tarixli 018719 saylı, 18 may 2020-ci il tarixli 180650 saylı və 19 avqust 2021-ci il tarixli 231929 saylı aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Sarıxanlı kəndində yaşayır. Evinə X3 üçün elektrik sayğacı quraşdırılmışdır. 02 oktyabr 2019-cu il, 16 dekabr 2019-cu il, 18 may 2020-ci il və sonuncu dəfə 19 avqust 2021-ci tarixlərdə "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin əməkdaşları onun evində olan elektrik sayğacına baxış keçirmiş, baxış nəticəsində ona əlavə sərfiyyat hesablamış və aktlar tərtib edilmişdir. Aktlarda qeyd olunur ki, guya sayğacdan kənar xətt vasitəsilə X3 edilib. Qeyd olunan aktlar onun iştirakı olmadan tərtib olunmuşdur. O, aktlarla razılaşmır. Aktlar qanunsuz tərtib edildiyinə görə etibarsız hesab edilməli, onun doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. “Azərişıq“ ASC X8 və Satışı İdarəsinin işçilərinin həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur. Ona görə də onun barəsində tərtib edilmiş 02 oktyabr 2019-cu il tarixli 157244 saylı, 16 dekabr 2019-cu il tarixli 018719 saylı, 18 may 2020-ci il tarixli 180650 saylı və 19 avqust 2021-ci il tarixli 231929 saylı aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı evində 02 oktyabr 2019-cu il, 16 dekabr 2019-cu il, 18 may 2020-ci il və 19 avqust 2021-ci tarixlərdə X3 qaydaları yoxlanılarkən iddiaçının sayğacdan kənar xətt vasitəsilə X3 etməsi faktı aşkar olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş EEİQ-nın 8.32-ci bəndi rəhbər tutularaq və fakta istinad olunaraq 02 oktyabr 2019-cu il tarixli 157244 saylı, 16 dekabr 2019-cu il tarixli 018719 saylı, 18 may 2020-ci il tarixli 180650 saylı və 19 avqust 2021-ci il tarixli 231929 saylı aktlar tərtib edilmişdir. Bu da «X3 Qaydalarının» (EEİQ) 8.32-ci bəndinin istehlakçı tərəfindən pozulması deməkdir. İddiaçının müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq bərpa edilmişdir. Bunun üçün yol verilmiş həmin pozuntu faktlarının aşkarlanmasının özü belə kifayət edir. Aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Göründüyü kimi iddiaçı ərizəsində aktların etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2019-cu il tarixli 157244 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evində 02 oktyabr 2019-cu il tarixdə X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X3 etməsi faktı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 16 dekabr 2019-cu il tarixli 018719 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evində 16 dekabr 2019-cu il tarixdə X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X3 etməsi faktı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 18 may 2020-ci il tarixli 180650 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evində 18 may 2020-ci il tarixdə X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X3 etməsi faktı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 19 avqust 2021-ci il tarixli 231929 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evində 19 avqust 2021-ci il tarixdə X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X3 etməsi faktı aşkar olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş matariallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evində X3 qaydaları yoxlanılarkən sayğacdan kənar xətt vasitəsilə X3 etməsi faktı aşkar olunduğundan «EEİQ»-nın 8.32-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2019-cu il tarixli 157244 saylı, 16 dekabr 2019-cu il tarixli 018719 saylı, 18 may 2020-ci il tarixli 180650 saylı və 19 avqust 2021-ci il tarixli 231929 saylı aktlar tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X3 Qaydaları»nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X3 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən …yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən …öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. «X3 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində tərtib edilmiş «X3 qaydalarının pozulması haqqında» 02 oktyabr 2019-cu il tarixli 157244 saylı akta əsasən hesablanmış enerji məbləği 2,20 kvt. x 0,7 x 12 saat x 30 gün = 554,4 kvt. s; 554,4 kvt.s x 0,11 m = 60,98 manat, 16 dekabr 2019-cu il tarixli 018719 saylı akta əsasən hesablanmış enerji məbləği 2,60 kvt. x 0,7 x 12 saat x 30 gün = 655,2 kvt. s; 655,2 kvt.s x 0,11 m = 72,07 manat, 18 may 2020-ci il tarixli 180650 saylı akta əsasən hesablanmış enerji məbləği 1,20 kvt. x 0,7 x 12 saat x 30 gün = 302,4 kvt. s; 302,4 kvt.s x 0,11 m = 33,26 manat və 19 avqust 2021-ci il tarixli 231929 saylı akta əsasən hesablanmış enerji məbləği 2,4 kvt. x 0,7 x 12 saat x 30 gün = 604,8 kvt. s; 604,8 kvt.s x 0,11 m = 66,52 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş 02 oktyabr 2019-cu il tarixli 157244 saylı, 16 dekabr 2019-cu il tarixli 018719 saylı, 18 may 2020-ci il tarixli 180650 saylı və 19 avqust 2021-ci il tarixli 231929 saylı aktlara əsasən hesablanmış enerji məbləği cəmi, 232,83 (iki yüz otuz iki manat, səksən üç qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-830/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-830/2022
05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver