Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-84/2025 30.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi İddiaçı Murməmməd oğlunun, Maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi İddiaçı Murməmməd oğlu – maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti qeyd edilən “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Murməmməd oğlunun maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı 2-ci dərəcəli əlil, paranoid şizofreniya, uşaq şizofreniyası, psixi qüsur xəstəliyindən əziyyət çəkən X3 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı X4, xx.xx.2009-cu il təvəllüdlü oğlu X5 və xx.xx.2005-ci il təvəllüdlü X2 ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən evdə birgə yaşayırlar. X2 ağır dərəcəli psixi xəstəlikdən əziyyət çəkir. O, anadangəlmə paranoid şizofreniya, uşaq şizofreniyası, psixi qüsur xəstəliyinə düçar olmuşdur. 2-ci dərəcəli əlildir. Ona qulluq etməli, daim nəzarətdə saxlamalıdırlar. Belə ki, o, hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını anlamır. Ona daim nəzarət etmək nəcburiyyətindədirlər. Qızının həmin xəstəliyi olması barədə tibbi sənədlər də vardır. Qızı İmişli rayon mərkəzi xəstəxanasında, Ağdam ruhi əsəb dispanserində, Respublika sağlamlıq mərkəzində, Kürdəmir psixiatriya xəstəxanasında müalicələr alıb, lakin xəstəliyi davam edir. Tibbi sənədlərdə həmin xəstəlikiər qeyd olunub, xəstənin qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları vardır. Atası isə sağlamdır. Xəstə qızının hüquqlarını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq və s. üçün onun üzərində qanunauyğun olaraq qəyyum təyin edilməlidir. Bunun üçün də o, fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı Murməmməd oğlu ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X17 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndi ünvanında qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X7 dayanaqlı uzun sürən (6 aydan artıq davam edən) psixatrik hal, uşaq şizofreniyası diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam ruhi əsəb dispanserinin xx.xx.2021-ci il tarixli 705 nömrəli tibbi rəyindən görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndi ünvanında qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X7 dayanaqlı uzun sürən (6 aydan artıq davam edən) psixatrik hal, uşaq şizofreniyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 12105751 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə İmişli rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 26 noyabr 2021-ci il tarixli, M/V 089476 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının 20 sentyabr 2005-ci il tarixli AZ-İ 661129 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının 01 aprel 2009-cu il tarixli AZ-İİ 222825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının 04 sentyabr 2004-cü il tarixli AZ-İ 121306 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3149 saylı rəyində belə qərara gəlinmişdir ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Murməmməd oğlu qızı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı olduğundan, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X10 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli, 3149 saylı rəyi ilə, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X10 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-84/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-84/2025
30.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver