Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-844/2022 15.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 18 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «X17» ölüm haqqında şəhadətnamədə olduğu kimi X28, «X34» ölüm haqqında şəhadətnamədə olduğu kimi X44, «X8» şəxsiyyət vəsiqəsində olduğu kimi X23, «X16» şəxsiyyət vəsiqəsində olduğu kimi X29 və «X18» şəxsiyyət vəsiqəsində olduğu kimi X10 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 18 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq X2 Mədinə İbrahim qızı kimi, X15 Bəkir Köntö oğlu kimi, X1 Zülfiyyə Dayıkişi qızı kimi, X3 Raciyyə İltifat qızı kimi, X4 Ruhəngiz İlqar oğlu kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli, 18 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 4,48 ha torpaq sahəsi X38, X31, X45, X39, X46, Ərizəçi, X19, X40, X35, X47, X48, X24, X32 və X33 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan İmişli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktı torpaq mülkiyyətçisi kimi göstərilmiş X17 adı, soyadı və ata adı arayışda X13 qeyd edilmişdir. İş materiallarında olan İmişli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktı torpaq mülkiyyətçisi kimi göstərilmiş X34 adı, soyadı və ata adı arayışda X21 qeyd edilmişdir. İş materiallarında olan AA0151834 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan AZE 17747064 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X16 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X14 qeyd edilmişdir. İş materiallarında olan AZE 17747206 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X18 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət X9, X28, X44, X39, X46, Ərizəçi, X23, X40, X35, X47, X48, X29, X30 və X36 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-571 nömrəli KOD 90712028 saylı Dövlət X9, X28, X44, X39, X46, Ərizəçi, X23, X40, X35, X47, X48, X29, X30 və X36 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X17 X13, X34 X21, X8 X7, X16 X14 və X18 X10 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-844/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-844/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver