Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-858/2022 20.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədə səhv olaraq yazılmış X7 X3 və X9 X5 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona və ailə üzvləri X12, X19, X22, X15, X17, X26, X10, X13, X27 və X8 adına aqrar islahat zamanı İmişli şəhərində 0,10 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamə verilmişdir. Şəhadətnamənda texniki səhv olaraq X12 X4 və X2 Sərxan Nazim oğlu kimi yazılmışdır. Şəhadətnamədə buraxılmış səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir. Şəhadətnaməni vermiş Aqrar İslahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-2189A nömrəli 90701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,10 ha torpaq sahəsi X14, X19, X22, Ərizəçi, X15, X18, X26, X10, X13, X27 və X8 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 16876805 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 685050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X3 qeyd edilmişdir. İşdə olan İmişli şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 20 aprel 2022-ci il tarixli, 1544 saylı arayışından görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 2189A nömrəli 90701004 kodlu şəhadətnamədə qeyd olunmuş X8 həmin şəhadətnamədə göstərilən mülkiyyətçilər arasında heç bir qohumluq əlaqəsi yoxdur. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamış və mülkiyyətçinin ailə üzvü olmayan X8 da adı şəhadətnamədə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamənin X12, X19, X22, Ərizəçi, X15, X17, X26, X10, X13 və X20 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamənin X12, X19, X22, Ərizəçi, X15, X17, X26, X10, X13 və X20 məxsus olması faktı müəyyən edilsin. Həmin şəhadətnamədən X8 adı xaric edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X3 və X9 X5 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-858/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-858/2022
20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver