Məhkəmə qərarları › İş №2(036)-860/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-860/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-860/2023 03.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Mirvari Hacıverdi qızı, X3 Əlixan Sərxoş oğlu, X2 Sudabə Sərxoş qızı və JN-0075 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X1 Mirvari Hacıverdi qızı, X3 Əlixan Sərxoş oğlu, X2 Sudabə Sərxoş qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 1.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN-0075 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir.Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur.Ona görə də, ərizə verib JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında X1 Mirvari Hacıverdi qızına, X3 Əlixan Sərxoş oğluna, X2 Sudabə Sərxoş qızına və JN-0075 saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X1 Mirvari Hacıverdi qızına, X3 Əlixan Sərxoş oğluna, X2 Sudabə Sərxoş qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsinin surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.59 ha torpaq sahəsi X11, X18, X23, X19, X16 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-0075 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.62 ha torpaq sahəsi X11, X18, X23, X19, X16 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE******** nömrəli AR X5 surətinə əsasən Ərizəçi xx.xx.1968-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ №188279 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Seriya AZE13613767 nömrəli AR X5 surətinə əsasən X17 xx.xx.1973-cü ildə anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Xoşçobanlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 376 saylı arayışına əsasən JN-0075 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X4 adı X11, Ərizəçi adı X23, X13 adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında X1 Mirvari Hacıverdi qızına, X3 Əlixan Sərxoş oğluna, X2 Sudabə Sərxoş qızına və JN-0075 saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X1 Mirvari Hacıverdi qızına, X3 Əlixan Sərxoş oğluna, X2 Sudabə Sərxoş qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında X1 Mirvari Hacıverdi qızına, X3 Əlixan Sərxoş oğluna, X2 Sudabə Sərxoş qızına və JN-0075 saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X1 Mirvari Hacıverdi qızına, X3 Əlixan Sərxoş oğluna, X2 Sudabə Sərxoş qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar