Məhkəmə qərarları › İş №2(036)-884/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-884/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-884/2024 25.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçının hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0135 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X7 Sehriş Dadaş qızı, X4 Varis Əlizamin oğlu, X1 Rumiyyə Əlizamin qızı, X5 Sənani Əlizamin oğlu, X3 Firəngiz Camal qızı, X2 Əminə Əlizamin qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Rəsullu kəndində yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0135 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-0135 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X7 Sehriş Dadaş qızı, X4 Varis Əlizamin oğlu, X1 Rumiyyə Əlizamin qızı, X5 Sənani Əlizamin oğlu, X3 Firəngiz Camal qızı, X2 Əminə Əlizamin qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0135 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 91 saylı qərarı ilə İmişli rayonunun Rəsullu kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.65 ha torpaq sahəsi X42, X16, İddiaçı, X33, X21, X27, X35 və X12 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE0******* nömrəli AR X9 surətinə əsasən İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE16823411 nömrəli AR X9 surətinə əsasən X28 xx.xx.1981-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin №3-16-5/69-269 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X6 Anar Etibar oğlu ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuş və Məlikzadə soyadını qəbul etmişdir. İşdə olan Seriya AZE06786951 nömrəli AR X9 surətinə əsasən X36 xx.xx.1938-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA1726069 nömrəli AR X9 surətinə əsasən X15 xx.xx.1984-cü ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin №3-16-5/69-256 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X43 xx.xx.2000-ci ildə vəfat etmişdir. İşdə olan Seriya AA4831617 nömrəli AR X9 surətinə əsasən X34 xx.xx.1980-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AA2102498 nömrəli AR X9 surətinə əsasən X25 xx.xx.1985-ci ildə anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Rəsullu kənd İƏD üzrə İN tərəfindən verilmiş 423 nömrəli arayışına əsasən JN-0135 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X29 adı X42, X10 adı X21, X13 adı X35, X17 adı X26, X14 adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0135 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X7 Sehriş Dadaş qızına, X4 Varis Əlizamin oğluna, X1 Rumiyyə Əlizamin qızına, X5 Sənani Əlizamin oğluna, X3 Firəngiz Camal qızına, X2 Əminə Əlizamin qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0135 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X7 Sehriş Dadaş qızına, X4 Varis Əlizamin oğluna, X1 Rumiyyə Əlizamin qızına, X5 Sənani Əlizamin oğluna, X3 Firəngiz Camal qızına, X2 Əminə Əlizamin qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar