Məhkəmə qərarları › İş №2(036)-935/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-935/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-935/2023 27.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şıxalıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək mərhum bibisi X3 01 iyul 1920-ci ildə İmişli rayonunun Telişli kəndində anadan olması faktının müəyyən edilməsi, doğum qeydə alınarkən ata qrafasında X9, ana qrafasında X10 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ona, atası X8, bibisi X4, bacıları X5, X6, X2, qardaşı X30 ogluna və X16 İmişli rayonunun Cəfərli kəndində Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla ümumi birgə xüsusi mülkiyyətdə 4,11 hektar torpaq sahəsi vardır. X11 xx.xx.2008-ci ildə, X31 oglu xx.xx.2015-ci ildə, X12 02.01,2005-ci ildə İmişli rayonunun Cəfərli kəndində vəfat etmişlər. X11 və X1 olmaqla əri və uşaqları olmamışdır. Onlar vəfat edəndən sonra həmin evdə yaşayaraq torpaq sahəsindən istifadə edir. Buna yaşadığı kəndin sakinləri, yerli hakimiyyət orqanları şahiddir və təsdiq edə bilərlər. O, atası ilə yanaşı, bibisinin də vərəsəsidir, sonuncunun birinici dərəcə vərəsəsi yoxdur. İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisində notariusa mərhum dayısının mirasi ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, bildirilmişdir ki, atası X32 oglu ilə mərhum X3 bacı-qardaş olması faktı müəyyən edilməlidir. Ona görə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət bilindi. İmişli Rayon Məhkəməsinin 02.11,2022-ci il tarixli qətnaməsi ilə X3 onun bibisi olması faktı müəyyən edilmişdir. Hazırda isə notarius bibisinin doğum sənədinin zəruri olduğunu bildirir. İmişli rayon qeydiyyat şöbəsində isə bibisinin doğum aktının olmaması barədə arayış verilmişdir. Ona görə də doğum haqqında akt qeydinin bərpası mümkün deyildir. Həmin huquqmüəyyənedici sənədi başqa qaydada əldə etmək mümkün deyildir. Faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün zəruridir.

3. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2865 saylı qətnaməsi ilə mərhum X3 Ərizəçi bibisi olması faktı müəyyən edilmişdir.

4. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/69-15 saylı arayışında göstərilmişdir ki, xx.xx.1920-ci il tarixdə İmişli rayonu Telişli kəndində anadan olmuş mərhum X3 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydi aşkar olunmamışdır.

5. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olur ki, X17 01 iyul 1938-ci il tarixdə İmişli rayonu Telişli kəndində doğulmuş, ata qrafasında X13, ana qrafasında X14 qeyd olunmuşdur.

6. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-326 saylı arayışı ilə müəyyən olur ki, X17 17 dekabr 2015-ci il tarixdə İmişli rayonu Cəfərli kəndində ölmüşdür.

7. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-328 saylı arayışı ilə müəyyən olur ki, X11 06 sentyabr 2008-ci il tarixdə İmişli rayonunda ölmüşdür.

8. İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 43 saylı arayışı ilə müəyyən olur ki, İmişli rayon X27 rayon VVADQ-nin mühafizə olunan və saxlanılan sənədlərində X3 doğum qeydi aşkarlanmamışdır.

9. İmişli RİHB-nin Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023cü il tarixli, 208 saylı arayışında göstərilmişdir ki, mərhum X11 mərhum X7 bacısıdır və öldüyü günə qədər İmişli rayonu Cəfərli kəndində bir yerdə yaşamışlar.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X15 ifadə verərək, X3 01 iyul 1920-ci ildə İmişli rayonununTelişli kəndində anadan olmasını, atası X9 və anası X10 olması faktını təsdiq etdilər.

11. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

14. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

15. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

16. Maddə 307.2.8. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.

17. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

19. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

25. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.

26. Belə ki, iş materialları ilə müəyyən olur ki, Ərizəçi, atası X8, bibisi X4, bacıları X5, X6, X2, qardaşı X30 ogluna və X16 İmişli rayonunun Cəfərli kəndində Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla ümumi birgə xüsusi mülkiyyətdə 4,11 hektar torpaq sahəsi vardır. X11 xx.xx.2008-ci ildə, X31 oglu xx.xx.2015-ci ildə, X12 02.01,2005-ci ildə İmişli rayonunun Cəfərli kəndində vəfat etmişlər. X11 və X1 olmaqla əri və uşaqları olmamışdır.

27. Hazırkı mübahisənin mahiyyəti doğum qeydinin müəyyən edilməsindən ibarətdir və Ərizəçi mərhum bibisi X3 doğum qeydinin başqa qaydada bərpası mümkün deyildir.

28. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

29. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

31. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

32. Mülki Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1, 14.1, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

33. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.

34. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.

35. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, X3 01 iyul 1920-ci ildə İmişli rayonunun Telişli kandində doğulması və atası X9, anası X10 olması faktı öz təsdiqini tapmışdır.

36. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.

37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

38. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

39. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, X3 01 iyul 1920-ci ildə İmişli rayonunun Telişli kəndində doğulması və atası X9, anası X10 olması faktı müəyyən edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. X3 01 iyul 1920-ci ildə İmişli rayonunun Telişli kəndində doğulması faktı müəyyən edilsin və doğum qeydə alınarkan ata qrafasında X9, ana qrafasında X10 qeyd olunsun. Məhkəmə aktı həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X34

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar