Məhkəmə qərarları › İş №2(036)-937/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-937/2023

06.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-937/2023 06.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin Salyan Regional Qİİ-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçınun Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə qarşı «Təbii qazdan istifadə qaydasının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə qarşı «Təbii qazdan istifadə qaydasının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona məxsus olan İmişli rayonu, Buludlu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə olunmasına görə X4 İstismarı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 01 avqust 2022-ci il tarixli ******* nömrəli və 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ona məxsus olan İmişli rayonu, Buludlu kəndində yerləşən fərdi yaşayış evində yaşayır.Həmin evin yaşayış sahəsini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayğac qaz sərfiyyatının dövrü olaraq hesablanmasını operativ şəkildə həyata keçirtməkdən ötrü evdən kənarda bərkidilmiş və qaz sərfiyyatını qeydə alan göstərici rəqəmdəki dəyişilmənin müşahidəsi qaz paylayıcısı nəzarətçilərinə həvalə edilmişdir.Qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına yol verilməmiş və sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Cavabdeh İB Salyan Regional Qİİnin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 01 avqust 2022-ci il tarixli ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktların tərtib edilməsi barədə onun məlumatı olmamış və aktın surətini almamışdır.Ona görə də, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 01 avqust 2022-ci il tarixli ******* nömrəli və 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə iddia qaldırmışdır. Cavabdeh İB-nin Salyan Regional Qİİ-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB Salyan Regional Qİİ-nin yoxlayıcıları tərəfindən qazdan istifadə qaydalarına olunmasına nəzarət həyata keçirilərkən 01 avqust 2022-ci il və 31 oktyabr 2022-ci il tarixlərdə İddiaçınun yaşadığı İmişli rayonu, Buludlu kəndində yerləşən fərdi yaşayış evində rezin boru ilə çəkilmiş sayğacdan kənar xətdən istifadə edilməklə təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş və qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halının aşkar edilməsi barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 01 avqust 2022-ci il tarixli ******* nömrəli və 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktlar tərtib edilərək abonent İddiaçı (Abonent kodu: **********00730) ilə qaz işlədicilərinin növünə və iş rejiminə uyğun olaraq müvafiq qaydada 91 və 180 gün müddətinə yenidən hesablaşma aparılmaqla sərfiyyat hesablanmışdır.Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Qazdan istifadə qaydalarının pozulması haqqında» 01 avqust 2022-ci il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçınun (Abonent kodu: **********00730; Sayğacın zavod nömrəsi: **********548) yaşadığı İmişli rayonu, Buludlu kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyriqanuni rezin boru ilə qazdan istifadə etməsi faktı aşkar edilmişdir. İşdə olan Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən 01 avqust 2022-ci il tarixli ******* nömrəli akt üzrə abonent İddiaçı (Abonent kodu: **********00730; Sayğacın zavod nömrəsi: **********548) istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində müvafiq olaraq 180 gün müddətində qaz sərfiyyatı ölçülərək 13392 kub/m hesablanmışdır. İşdə olan «Qazdan istifadə qaydalarının pozulması haqqında» 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçınun (Abonent kodu: **********00730; Sayğacın zavod nömrəsi: **********656) yaşadığı İmişli rayonu, Buludlu kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni rezin boru ilə qazdan istifadə etməsi faktı aşkar edilmişdir. İşdə olan Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən 31 oktyabr 2022-ci il tarixli ******* saylı akt üzrə abonent İddiaçınun (Abonent kodu: **********00730; Sayğacın zavod nömrəsi: **********656) istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində müvafiq olaraq 91 gün müddətində qaz sərfiyyatı ölçülərək 5023 kub/m hesablanmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının ( hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda 01 avqust 2022-ci il tarixli ******* saylı akt əsasında hesabatın 180 günlük və 31 oktyabr 2022-ci il tarixli ******* saylı akt əsasında hesabatın 91 günlük müddət üçün aparılması qanunsuz olmuşdur.Ona görə də, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 01 avqust 2022-ci il tarixli ******* saylı və 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktlar (abonent kodu: **********00730) üzrə hər defe aşkar edilmiş pozuntuya görə qaz işlədicilərin növündən asılı olmayaraq 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə hesabat aparılaraq İddiaçınun abonent (abonent kodu: **********00730) hesabına daha artıq müddətə görə hesablanmış debitor borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 01 avqust 2022-ci il tarixli ******* saylı və 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktlara əsasən İddiaçı abonent (abonent kodu: **********00730) hesabına 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qazın dəyərindən artıq hesablanmış debitor borc silinsin. Cavabdeh İB Salyan Regional Qİİ-nin hesabından 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar