Məhkəmə qərarları › İş №2(036)-939/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-939/2024

08.04.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-939/2024 08.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində aralarında bağlanmış 18 dekabr 2023-cü il tarixli, MŞB/13/2023-01776 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və Ərizəçi2 atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə atanın adı və soyadının dəyişdirilməsi ilə bağlı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişlər və həmin vaxt Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Ərizəçi1 və Ərizəçi2 arasında qeyri-rəsmi ər-arvad münasibəti olmuş, həmin münasibətdən xx.xx.2020-ci il tarixdə Qiyas adlı bir nəfər övladları doğulmuşdur. Uşağın doğum tarixi Ərizəçi1 və Maraqlı şəxs evlilik dövrünə düşdüyü üçün, uşağın doğum şəhadətnaməsində ata qrafasında Maraqlı şəxs qeyd olunmuş və onun soyadı verilmişdir.

3. AZ-İV 891129 nömrəli doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olur ki, X2 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur, ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi1 qeyd edilmişdir.

4. AZ-İİ 589798 nömrəli nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən olur ki, Ərizəçi2 və X3 arasında nikah 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə, 1583 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir.

5. Bakı 13 saylı X1 Afizə Rahim qızı, Ərizəçi2 və Maraqlı şəxs arasında “atalığın müəyyən olunması, doğum haqqında şəhadətnamədə uşağın ata adının və soyadının dəyişdirilməsi” tələbi üzrə 18 dekabr 2023-cü il tarixli, MŞB/13/2023-01776 saylı barışıq sazişi bağlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Ərizəçilər Ərizəçi1 Rəhim qızı və Ərizəçi2 məhkəmənin əvvəlki iclasında izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər.

7. Maraqlı şəxs Ərəstu oğlu məhkəməyə teleqram ünvanlayaraq ərizəni qəbul etdiyini və tərəflərin arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasına etirazı olmadığını göstərmişdir.

8. Tərəflərə məhkəmənin yekun iclasının vaxtı və yeri barədə lazımı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə rəsmi məlumat verilməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

11. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

12. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

13. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

14. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

15. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

16. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

17. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmənin mövqeyi

18. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.

19. Belə ki, iş materialları ilə müəyyən olur ki, Ərizəçi1 və Ərizəçi2 atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə atanın adı və soyadının dəyişdirilməsi ilə bağlı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişlər və həmin vaxt Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Ərizəçi1 və Ərizəçi2 arasında qeyri-rəsmi ər-arvad münasibəti olmuş, həmin münasibətdən xx.xx.2020ci il tarixdə Qiyas adlı bir nəfər övladları doğulmuşdur. Uşağın doğum tarixi Ərizəçi1 və Maraqlı şəxs evlilik dövrünə düşdüyü üçün, uşağın doğum şəhadətnaməsində ata qrafasında Maraqlı şəxs qeyd olunmuş və onun soyadı verilmişdir. Ərizəçi2 və X3 arasında nikah 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə, 1583 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir.

20. Bakı 13 saylı X1 Afizə Rahim qızı, Ərizəçi2 və Maraqlı şəxs arasında “atalığın müəyyən olunması, doğum haqqında şəhadətnamədə uşağın ata adının və soyadının dəyişdirilməsi” tələbi üzrə 18 dekabr 2023-cü il tarixli, MŞB/13/2023-01776 saylı barışıq sazişi bağlanmışdır.

21. Qeyd olunan qanunvericilik normalardan və işin faktiki hallarından çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə barışıq sazişi üzrə tələb qanunidir və barışıq sazişinin təsdiq olunmaması üçün heç bir əsas yoxdur.

22. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 18 dekabr 2023-cü il tarixli, MŞB/13/2023-01776 saylı barışıq sazişi təsdiq edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-24, 355- 25-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 18 dekabr 2023-cü il tarixli, MŞB/13/2023-01776 saylı barışıq sazişi təsdiq edilsin. Qətnaməyə Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 18 dekabr 2023-cü il tarixli, MŞB/13/2023-01776 saylı barışıq sazişi əlavə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar