Məhkəmə qərarları › İş №2(036)-94/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-94/2024

19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-94/2024 19.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel mirzə qızının katibliyi İddiaçı nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə arasında İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə, 358 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2014-cü il tarixdə, 358 nömrə ilə İmişli rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Bir müddət ər-arvad kimi mehriban yaşamış, lakin sonradan münasibətləri pozulmuş, ailədə narazılıqlar baş vermiş və faktiki surətdə ayrı yaşamağa başlamışlar. Hazırda nikah formal xarakter daşıyır və boşanmaq fikri qətidir.

3. AZ-İ 955921 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2014-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 358 № ilə qeyd edilmişdir.

4. AZ-İİİ 436241 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2014cü ildə Bakı şəhərində doğulmuşdur.

5. AZ-İV 557021 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2021ci ildə Bakı şəhərində doğulmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı qıznın nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X3 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyası

8. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.

9. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyası

10. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

11. Maddə 17.2. Nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

12. Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

13. Maddə 22.2 və 22.2.1. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

14. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

15. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

16. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

17. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

20. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

21. Maddə 19.1 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

27. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

28. Belə ki, iş materialları ilə müəyyən olur ki , tərəflər xx.xx.2014-cü il tarixdə, 20 nömrə ilə İmişli rayon qeydiyyat şöbəsində nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Bir müddət ərarvad kimi mehriban yaşamış, lakin sonradan münasibətləri pozulmuş, ailədə narazılıqlar baş vermiş və faktiki surətdə ayrı yaşamağa başlamışlar. Onların arasındakı nikah formal xarakter daşıyır və iddiaçının boşanmaq fikri qətidir. Hazırda uşaq anası ilə birlikdə yaşayır və bu barədə mübahisə mövcud deyildir.

29. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

30. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı nəzərə alınmalıdır.

31. İşin hallarından göründüyü kimi, birgə nikahdan doğulmuş uşaqların valideynləri arasında ailə münasibətləri pozulmuşdur və onlar ayrı yaşayırlar. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 faktiki olaraq iddiaçının yanında qalır.

32. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilərək İddiaçı və Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə, 358 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmalı və hər ay uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh aylıq gəlirinin üşdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir.

33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

34. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalı və qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilsin. İddiaçı və Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 358 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılsın. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar