Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-942/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-365A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə və JN-0257 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X6 Aluşad Uruf oğlu və Ərizəçi2 Ələhməd qızı Ərizəçi2 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Qızılkənd kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-365A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə və JN-0257 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-365A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə və JN-0257 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X6 Aluşad Uruf oğluna və Ərizəçi2 Ələhməd qızı Ərizəçi2 aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-365A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 15 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə İmişli rayonunun Qızılkənd kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.36 ha torpaq sahəsi X24, X14, X10, Ərizəçi1, X25, X26 və Ərizəçi2 Ələhməd qızının ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-0257 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 dekabr 2001-ci il tarixli 15 saylı qərarı ilə İmişli rayonunun Qızılkənd kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.37 ha torpaq sahəsi X24, X14, X10, Ərizəçi1, X25, X26 və Ərizəçi2 Ələhməd qızının ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi2 xx.xx.1979-cu ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 481226 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X27 08.01.2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin 19.08.2020-ci il tarixli 344 saylı arayışda göstərilmişdir ki, JN-365A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə texniki səhv edilərək X7 adı X18, Ərizəçi1 adı X15, X3 adı X11, X4 adı X12, X5 adı X16 və X8 adı X2 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-365A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə və JN-0257 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X6 Aluşad Uruf oğluna və Ərizəçi2 Ələhməd qızı Ərizəçi2 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-365A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0257 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X6 Aluşad Uruf oğluna və Ərizəçi2 Ələhməd qızı Ərizəçi2 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-942/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-942/2021
17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver