Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-945/2022 29.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «X19» şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi, «Usubova Gülruxun» şəxsiyyət vəsiqəsində olduğu kimi X25, «X20» şəxsiyyət vəsiqəsində olduğu kimi X29, «X21» şəxsiyyət vəsiqəsində olduğu kimi X30 və «X10» şəxsiyyət vəsiqəsində olduğu kimi Usubova (Qocayeva) Nilufər İskəndər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq Ərizəçi X11, X3 Gülrux kimi, X6 Cahid İsgəndər oğlu kimi, X7 Ruhid İsgəndər oğlu kimi və Usubova (Qocayeva) Nilufər İskəndər qızı X5 yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2,17 ha torpaq sahəsi X31, Usubova Gülrux, X32, X33 və X10 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan X-JQ 451035 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 24 fevral 1985-ci ildə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan Xİ-JQ 388530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 20 yanvar 1986-cı ildə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan Xİİİ-JQ 415393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 08 dekabr 1989-cu ildə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X19 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 04427880 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Usubova Gülruxun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X9 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X20 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X14 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X21 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X15 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan İİİ-JQ 444126 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 arasında nikah 20 fevral 1985-ci il tarixdə İmişli rayon VVAQ şöbəsində bağlanmış və həmin nikah 23 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X4 “Yusubova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 669679 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X23 arasında nikah 14 iyul 2011-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 446 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X16 “Qocayeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktının Ərizəçi oğlu, X25, X29, X30 və Usubova (Qocayeva) Nilufər İskəndər qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-637 nömrəli KOD 90712028 saylı Dövlət Aktının Ərizəçi, X25, X29, X30 və Usubova (Qocayeva) Nilufər İskəndər qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X19 Ərizəçi kimi, Usubova X1 kimi, X20 X14, X21 X15 və X10 Usubova (Qocayeva) Nilufər İskəndər qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-945/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-945/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver