Məhkəmə qərarları › İş №2(036)-964/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-964/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-964/2022 29.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçinin etibarnamə üzrə nümayəndəsi X17 iştirakı ilə, Ərizəçi Fətəli oğlunun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Fətəli oğlu ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «X8» şəxsiyyət vəsiqəsində olduğu kim Süleymanova (Nəsirova) Ülviyə Əskər qızı və «X13» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X10 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırlmışdır ki, Ərizəçi Fətəli oğlu və onun ailə üzvləri X22, X21, X23 və X18 adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq X22 «X14» kimi və X21 «X19» kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi X25 ərizəni müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 20 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1,89 ha torpaq sahəsi Ərizəçi Fətəli oğlu, X14, X19, X23 və X18 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan 09 14 445427 nömrəli pasportun surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X11 qeyd edilmişdir. İş materiallarında olan 71 11 885272 nömrəli pasportun surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X13 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 283413 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Fətəli oğlu ilə X16 arasında nikah 01 mart 1990-cı il tarixdə İmişli rayon Məzrəli kənd sovetliyində bağlanmış və həmin nikah 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X12 “Nəsirova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 1795 saylı arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN- 0009 nömrəli KOD 90710005 saylı Dövlət X2 səhvən X1 yazılmışdır. X3 kimi yazılmalı və oxunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 1796 saylı arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN- 0009 nömrəli KOD 90710005 saylı Dövlət X4 səhvən X9 yazılmışdır. X5 kimi yazılmalı və oxunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı X32 Cabir Fətəli oğlu, Süleymanova (Nəsirova) Ülviyə Əskər qızı, X21, X23 və X20 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0009 nömrəli KOD 90710005 saylı X32 Cabir Fətəli oğlu, Süleymanova (Nəsirova) Ülviyə Əskər qızı, X21, X23 və X20 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 Süleymanova (Nəsirova) Ülviyə Əskər qızı kimi və X15 X10 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar