Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-97/2024 05.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, qardaşı-xx.xx.1989-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1989-ci il təvəllüdlü X11 ağır dərəcəli psixi xəstəlik-oliqrofeniya, ağır debillik diaqnozu ilə ikinci dərəcəli əlildir. Əvvəllər müalicə olunsa da, sağalmamışdır. O, hərəkətlərini idarə edə bilmir. X1 ərizəçi qulluq edir və daim ona nəzarət edir. Hesab edir ki, xəstə qardaşının hüquqlarını tam həyata keçirmək və hüquqlarını müdafiə etmək üçün qardaşına qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəyyum təyin edilməlidir. Bunun üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət vardır.
3. Xİİ-ЖГ 377336 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 yanvar 1989-cu ildə İmişli rayonunda doğulmuşdur.
4. İmişli RİHB-nin Əliqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 326 və 327 nömrəli arayışlarla müəyyən olunur ki, Ərizəçi və X2 rayonu, Əliqulular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsinə əsasən X5 “oliqrofeniya, ağır debillik dərəcəsində” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir.
6. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki ki, X4 arvadı X8 “anadangəlmə lal-karlıq” diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
7. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki ki, X4 anası X3 “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
8. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3616 saylı rəyindən görünür ki, X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X11 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
9. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 305.1.3. Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır.
13. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
14. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
15. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.
16. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən olur ki, ərizəçinin qardaşı xx.xx.1989-ci il təvəllüdlü X16 ümumi xəstəlik, məlum olmayan səbəblərlə əlaqədar “oliqrofeniya, debillik” diaqnozu ilə ikinci dərəcəli əlildir. O, hərəkətlərini idarə edə bilmir. X1 ərizəçi özü qulluq edir və daim ona nəzarət edir. Ərizəçi Qardaşına qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəyyum təyin edilməmişdir. Bunun üçün X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət vardır
24. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3616 saylı rəyindən görünür ki, X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X11 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
26. Məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, xx.xx.1989-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri üçün kifayət qədər əsaslar vardır.
27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
28. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
29. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
30. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1989-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.1989-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə - ərizəçinin X9 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev