Məhkəmə qərarları › İş №2(036)-971/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-971/2025

03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-971/2025 03.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlu sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi Ərizəçi Ərizəçi Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sənədin ərizəçiyə məxsus olması faktının nüməyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1972-1993-cü illərdə X1 Mincivan hissə xəstəxanasının nəzdində Qumlaq feldşer-mama məntəqəsinin müdiri işləməsi və əmək kitabçasının erməni işğalçılarının təcavüzü nəticəsində xəstəxanada qalması barədə arayışların Ərizəçi, yəni ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçi iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında maraqlı şəxsin nümayəndəsi ərizəyə münasibət bildirməklə qeyd etmişdir ki, ərizəçi eyni tələblə məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-128/2025-ci il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş, ərizəçiyə müvafiq iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında eyni mübahisəyə dair İmişli Rayon Məhkəməsinin tərəfindən xx.xx.2025-ci il tarixli, 2(036)-128/2025-ci il tarixli qərardad qəbul edildiyindən və həmin qətnamə artıq qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sənədin ərizəçiyə məxsus olması faktının nüməyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar