Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-985/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 12 ünvanda yaşayır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin “məişət abonenti”dir. Onlar istifadə etdiyi təbii qazın pulunu vaxtında ödəyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin sahə nəzarətçisi ona bildiriş təqdim edən zaman təbii qazdan istifadəyə görə debitor borcun olduğunu bildirmişdir. Lakin o, hər ay istifadə etdiyi təbii qazın pulunu ödədiyinə görə İdarənin əməkdaşından hansı əsasla borcunun olduğunu soruşmuşdur. Məlum olmuşdur ki, İdarə sayğacı dəyişdirən zaman əlavə olaraq onun hesabına borc pul yazılmışdır. Onun barəsində heç bir akt və ya protokol tərtib edilməmişdir. Ümumiyyətlə, fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsi həmin qaz sayğacını öz təşəbbüsü ilə dəyişmişdir. Buna baxmayaraq, İdarə tərəfindən ******* saylı 30 dekabr 2020-ci il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən guya fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-ciziq izləri aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən həmin akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı 2160 m3 və dəyəri 216 (iki yüz on altı) AZN məbləğində hesablanmışdır. Eyni zamanda, bildirir ki, qaz sayğacı onun yaşadığı evin həyətində deyil, hasardan çöl tərəfdə quraşdırılmışdır. Bu səbəbdən də, onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin edilməsi heç bir məntiqə sığmır. Ümumiyyətlə, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən akt qanunvericiliyin tələblərinə əməl edilmədən düzgün tərtib edilməmişdir. O, məişət abonenti kimi vaxtaşırı sərf etdiyi təbii qazın haqqını ödəyir. Cavabdeh Salyan X3 İdarəsi tərəfindən ondan akt əsasında hesablanmış itirilmiş təbii qazın məbləği, yəni dəymiş maddi zərərin ödənilməsi və öz vəsaiti hesabına yeni sayğacın quraşdırılması tələb edilir. Lakin o və onun ailə üzvləri heç bir qanun pozuntusuna yol verməmiş, qaz sayğacına heç bir müdaxilə etməmiş və aylıq qaz sayğacının göstərdiyi miqdarda təbii qaz haqqını ödəmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin ona qarşı əsassız tələbi və İdarənin əməkdaşlarının ona qarşı qərəzli mövqeyi onun bir istehlakçı kimi hüquqlarını kobud şəkildə pozur. Heç bir əsas olmadan haqsız yerə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsi tərəfindən yüksək məbləğdə borc yazılması bir insan kimi ona çox ağır təsir edir. Bu səbəbdən də, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında qaz sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ******* saylı, 30 dekabr 2020-ci il tarixli aktın etibarsız hesab edilməsi, akt əsasında qanunsuz hesablanmış 216 (iki yüz on altı) AZN məbləğində debitor borcun silinməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəbini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan ******* saylı 30 dekabr 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndələri tərəfindən İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 12 ünvanda yaşayan İddiaçı yaşadığı yaşayış evindən çıxarılmış qaz sayğacına Cavabdeh qaz sayğaclarının yoxlanılması barədə MSK 29/1710-04786-1 saylı rəyinə əsasən qaz sayğacının hesablama mexanizminin qapağının yan hissədən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar edilmiş, dəymiş ziyanın hesablanması və istehlakçının öz vəsaiti hesabına sayğacın dəyəri ödənilərək yenisi ilə əvəz edilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin 30 dekabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı yaşadığı İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 12 ünvanda quraşdırılmış sayğacda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 2160 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas ******* saylı 30 dekabr 2020-ci il tarixli akt olmuşdur. İş materiallarında olan “abonentin saldosu”nun surətindən görünür ki, **********00190 №-li məişət abonenti İddiaçı ******* saylı 30h dekabr 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktına əsasən itirilmiş qazın 2160 m3 miqdarına 216 (iki yüz on altı) AZN məbləğində debitor borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı qaz sayğacı ilə təchiz edilmiş fiziki şəxs olan istehlakçıdır və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 12 ünvanda yaşayış evinə texniki baxış keçirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi; 2. “Təbii qazdan istifadə qaylarının pozulması haqqında” ******* saylı 30 dekabr 2020-ci il tarixli aktın qəbul edilməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 80 saylı, 12 may 2011-ci il tarixli qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi” barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 18 saylı, 28 noyabr 2016-cı il tarixli qərarının 2.3-cü bəndinə əsasən həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 01.01.2017-ci il tarixdən qüvvəyə minir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən ******* saylı 30 dekabr 2020-ci il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında məhz məişət abonenti İddiaçı və ya onun ailə üzvləri tərəfindən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının qapağının üzərinin sınması və buna görədə sayğac istismara yarasızdır və ya təbii qazdan istifadə göstərişini azaltmaq məqsədilə hər hansı pozuntuya yol verməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.7-ci maddəsinə əsasən ödəməyə xitam verilməsi haqqındakı iddialarda iddianın qiyməti qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, ödəməyə xitam verilməsi barədə iddialarda iddianın qiyməti qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq meyarı üzrə 20 (iyirmi) manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçıların hüquqlarının pozulması tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu iddia təmin edildiyi üçün dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə aid edilməli və cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı (fiziki şəxs olan istehlakçı) İddiaçı yaşadığı İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 12 ünvanda yerləşən yaşayış evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək Cavabdeh vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçı barəsində qanunsuz akt tərtib edib, qanunsuz qərar qəbul etməklə sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən vurulmuş maddi zərərə görə ona qarşı əsassız tələb irəli sürdüyü; 2. Məhz iddiaçı (fiziki şəxs olan istehlakçı) İddiaçı və ya onun ailə üzvləri tərəfindən qaz sayğacının təbii qazdan istifadə göstərişini azaltmaq məqsədilə hər hansı pozuntuya yol verməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilməlidir. Bu səbəbdən də, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, 30 dekabr 2020-ci il tarixli akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) AZN məbləğində debitor borc silinməlidir. Eyni zamanda, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, 30 dekabr 2020-ci il tarixli akt etibarsız hesab edilsin və akta əsasən hesablanmış 216 (iki yüz on altı) AZN məbləğində debitor borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-985/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-985/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver