Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-99/2021 26.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalıq faktının müəyyən olunması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdə anadan olmuş qızı Ayanın və xx.xx.2012-ci il tarixdə anadan olmuş qızı Arzunun atasının Cavabdeh olmasını və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay onun xeyrinə hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə toy edib faktiki nikah münasibətinə girib evlənmişlər. Birgə nikahlarından Ayan və Arzu adında uşaqları doğulmuşdur. Nikahları olmadığından uşaqlar onun soyadı ilə yazılmışdır. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, münasibətləri pozulmuşdur. Artıq xeyli müddətdir ki, ayrılmışlar. Hazırda uşaqlarının atalarının soyadı ilə tanınmalarını istəyir. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1991-ci il tarixdə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuş və halhazırda da İmişli rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə faktiki nikahlarından xx xxxxxxxx 2008-ci il tarixdə Ayan və xx xxxx 2012-ci il tarixdə Arzu adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinin tələbinə uyğun olaraq uşaq aralarında nigah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərinə girib evlənmişlər. Nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından xx xxxxxxxx 2008-ci il tarixdə Ayan və xx xxxx 2012-ci il tarixdə Arzu adlı iki nəfər uşaqları doğulmuş, tərəflər arasında olan narazlığa görə bir-birlərindən ayrılmışlar. Hal-hazırda həmin uşaqlar sağ salamat olmaqla iddiaçının himayəsində yaşayırlar. Tərəflər arasında rəsmi nikahları olmadığından iddiaçı uşaqlara öz soyadı ilə doğum haqqında şəhadətnamə almışdır. İş üzrə İmişli rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-bioloji ekspertizası təyin edilsədə ekspertizanın keçirilməsi üçün Cavabdeh şöbəyə getməmiş və bu səbəbdəndə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan narazılığa görə iddiaçı uşaqlarını da götürüb cavabdehdən ayrı yaşayır. Həmin vaxt ərzində cavabdeh valideyinlik borcunu yerinə yetirməmiş, uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərməmiş, iddiaçı isə iki nəfər uşağın saxlanması üçün maddi çətinlik çəkir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ-hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu BMT-nin X1 3-cü maddəsində göstərilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia təmin edilməli xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2012-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh olması faktı müəyyən edilməli, cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tutulub uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2012-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh olması faktı müəyyən edilsin. İmişli rayon Qeydiyyat şöbəsinə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında aşağıdakı məzmunda: Uşağın adı «Ayan», soyadı «Bediyeva», atasının adı «Zahid», anasının adı «Günay», valideyinləri-atası Cavabdeh, anası İddiaçı, milliyyəti «Azərbaycanlı», doğulduğu tarix «xx xxxxxxxx 2008-ci il», doğulduğu yer «Azərbaycan Respublikası, İmişli şəhəri» yazılmaqla müvafiq qeyd aparılsın. Uşağın adı «Arzu», soyadı «Bediyeva», atasının adı «Zahid», anasının adı «Günay», valideyinləri-atası Cavabdeh, anası İddiaçı, milliyyəti «Azərbaycanlı», doğulduğu tarix «xx xxxx 2012-ci il», doğulduğu yer «Azərbaycan Respublikası, İmişli şəhəri» yazılmaqla müvafiq qeyd aparılsın. Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tutulub uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-99/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-99/2021
26.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver