Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-99/2024 30.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İmişli regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilib uzadılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı cavabdeh İmişli regional Cavabdeh notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilib, mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2017-ci il tarixdə İmişli şəhərində vəfat etmişdir. Mərhum anasından Xırdalan şəhərində yerləşən "xxxx" MMC-nin inşa etdiyi çoxmənzilli binalarda olan payları miras qalmışdır. O, anasından miras qalmış evə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İmişli regional Cavabdeh notariat ofisinə müraciət etmiş, lakin ona müddət ötürüldüyündən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O. Anası ilə birgə yaşamış və həmin binalara payları anasının adına o qoymuşdur. Anasının vəsiyyəti olmamışdır və ondan başqa vərəsələr qanunla müəyyən edilmiş müddətdə hal-hazıradək miras payının qəbul edilməsi barədə ərizə verməmişlər və mirasın iddiaçının tərəfindən qəbul edilməsinə razıdırlar. Mərhum anası ilə "xxxx" MMC-nin arasında MMC-nin inşa etdiyi çoxmənzilli binalarda pay sahibi olması barədə müqavilələr vardır. O, mirasın qəbulu ilə bağlı ərizə vermək istəmiş,lakin anasının yas mərasimindən sonra yaşadığı Rusiya Federasiyasına qayıtdıqdan bir müddət sonra xəstələnmiş, daha sonra pandemiya qadağaları və quru sərhədinin bağlanması səbəbindən ölkəyə gəlmək çətinlik yaratdığına görə, üzrlü səbəbdən notariusa vaxtında müraciət etməmişdir.
3. "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 12-ci mərtəbə, ümumi sahəsi 111.40 kvadrat metr, 5-ci blok, 47 nömrəli mənzil, izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir.
4. "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 11-ci mərtəbə, ümumi sahəsi 97.70 kvadrat metr, 4-cü blok, 43 nömrəli mənzil, izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir.
5. "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 11-ci mərtəbə, ümumi sahəsi 96.0 kvadrat metr, 4-cü blok, 42 nönrəli mənzil, izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir.
6. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 1-ci mərtəbə, ümumi sahəsi 133.60 kvadrat metr, 3-cü blok, 6 nömrəli mənzil, izolə olunmuş 4 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir.
7. AZ-İ 901330 nömrəli ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
8. İmişli regional Cavabdeh notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 542 nömrəli məktubdan görünür ki, miras əmlakı qəbul etmək üçün müəyyən olunmuş 6 aylıq müddət ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
9. Maraqlı şəxs tərəfindən iddia ərizəsi ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 1134.1 qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
13. Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
14. Maddə 1246-cı vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
15. Maddə 1248.1 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
21. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən olur ki, "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 12-ci mərtəbə, ümumi sahəsi 111.40 kvadrat metr, 5-ci blok, 47 nömrəli mənzil, izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir. "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 11-ci mərtəbə, ümumi sahəsi 97.70 kvadrat metr, 4cü blok, 43 nömrəli mənzil, izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir. "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 11-ci mərtəbə, ümumi sahəsi 96.0 kvadrat metr, 4-cü blok, 42 nönrəli mənzil, izolə olunmuş 3 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 1-ci mərtəbə, ümumi sahəsi 133.60 kvadrat metr, 3-cü blok, 6 nömrəli mənzil, izolə olunmuş 4 otaqdan ibarət yaşayış sahəsi X2 verilmişdir. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İmişli regional Cavabdeh notariat ofisi tərəfindən İddiaçı miras əmlakı qəbul etmək üçün müəyyən olunmuş 6 aylıq müddət ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı ilə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
24. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakları 6 ay müddətdə üzrlü səbəbdən qəbul edə bilməmiş və ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrlü hesab edilərək uzadılmalıdır.
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh İmişli regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilib uzadılması tələbi barədə iddia ərizəsi təmin edilsin. İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti (notariat kontoruna mirası qəbul etmə barədə ərizə verilməsi müddəti) ötürülməsi üzrlü hesab edilsin və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev