Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-992/2023 05.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, «Torpağa mülkiyyət hüququna dair» JN- 0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktında səhvən qeyd olunmuş “X31”, “X27”, “X20”, “X21”, “X22”, “X34” və “X35” adlarının müvafiq olaraq onların şəxsiyyət vəsiqəsində olduğu kimi X32, X28, Kütük (Bəylərova) Gülşən Fəxrət qızı, X23, Hüseynova (Bəylərova) Zəriş Fəxrət qızı, Aslanova (Quliyeva) Aynur Asif qızı və Zöhrabova (Quliyeva) Ayşən Asif qızı kimi oxunaraq, həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktı verilmişdir. Həmin sənəddə texniki səhv olaraq X15 adı “Fəxrəd”, X28, Kütük (Bəylərova) Gülşən Fəxrət qızı, X23, Hüseynova (Bəylərova) Zəriş Fəxrət qızının atalarının adı Fəxrəd, Aslanova (Quliyeva) Aynur Asif qızı və Zöhrabova (Quliyeva) Ayşən Asif qızının soyadları Bəylərova kimi yazılmışdır. Sənəddə buraxılan səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Dövlət Aktını vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur.
3. İş materiallarına əlavə edilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktının surəti ilə müəyyən olur ki, İmişli rayon AİK-nin 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndinin ərazisində yerləşən 8.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X31, Ərizəçi, X27, X20, X21, X22, X34 və X24 xüsusi mülkiyyətinə verilmişdir.
4. Torpaq mülkiyyətçiləri X32, X28, Kütük (Bəylərova) Gülşən Fəxrət qızı, X23, Hüseynova (Bəylərova) Zəriş Fəxrət qızı, Aslanova (Quliyeva) Aynur Asif qızı və Zöhrabova (Quliyeva) Ayşən Asif qızının adı, soyadı və ata adları JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktında müxtəlif cür yazılmışdır və həmin sənəddə qeyd olunan ad, soyad və ata adları onlara məxsus sənədlərdəki, xüsusilə də şəxsiyyətlərini təsdiq edən sənəddəki ad, soyad və ata adı ilə eynilik təşkil etmir.
5. Belə ki, AZ № 125229 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X16 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X5 qeyd edilmişdir.
6. Seriya AA3963389 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir.
7. Seriya AZE13087980 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X13 qeyd edilmişdir.
8. Seriya L 01 № 470547 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 və X53 arasında 04 dekabr 2008-ci il tarixdə Türkiyə Cümhuriyyəti “Beyoğlu evlendirme müdürlüğü”də rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Kütük” soyadı verilmişdir.
9. Seriyalı AA4684920 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir.
10. Seriyalı AZE17890616 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir.
11. Seriyalı AA2978973 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X26 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X14 qeyd edilmişdir.
12. Seriyalı AA4196440 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X24 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X11 qeyd edilmişdir.
13. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
16. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir.
18. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
24. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
25. Belə ki, iş materiallarına əılavə edilmiş «Torpağa mülkiyyət hüququna dair» JN- 0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktının surəti ilə müəyyən olur ki, İmişli rayon AİK-nin 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 8.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X31, Ərizəçi, X27, X20, X21, X22, X34 və X24 xüsusi mülkiyyətinə verilmişdir. Həmin sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 adı Fəxrəd, X28, Kütük (Bəylərova) Gülşən Fəxrət qızı, X23, Hüseynova (Bəylərova) Zəriş Fəxrət qızının atalarının adı Fəxrəd, Aslanova (Quliyeva) Aynur Asif qızı və Zöhrabova (Quliyeva) Ayşən Asif qızının soyadları Bəylərova kimi kimi qeyd edilmişdir.
26. Bundan əlavə, X25 və X53 arasında 04 dekabr 2008-ci il tarixdə Türkiyə Cümhuriyyəti “Beyoğlu evlendirme müdürlüğü”də rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Kütük” soyadı verilmişdir. Bu səbəbdən hüquqmüəyyənedici sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 ərə getdikdən sonra alınmış şəxsiyyət vəsiqəsində “Kütük” kimi qeyd edilmişdir.
27. Hazırkı mübahisənin mahiyyəti «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktının ərizəçi və onun ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsindən ibarətdir.
28. Hüquqmüəyyənedici sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş şəxslərin şəhadətnamədə adlarının səhv yazılması barədə ərizəçinin qeydinin başqa qaydada bərpası mümkün deyildir.
29. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
30. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
32. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
33. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.
34. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir.
35. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
36. Mülki-Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
37. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.
38. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.
39. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktında qeyd olunmuş torpaq mülkiyyətçilərinin adları həmin şəxslərin müvafiq şəxsiyyət vəsiqəsində qeyd edilən şəxslər olması faktı öz təsdiqini tapmışdır.
40. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.
41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
42. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
43. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. İşin faktiki halları ilə müəyyən olur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur.
45. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilib, «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktının torpaq mülkiyyətçiləri X32, X28, Kütük (Bəylərova) Gülşən Fəxrət qızı, X23, Hüseynova (Bəylərova) Zəriş Fəxrət qızı, Aslanova (Quliyeva) Aynur Asif qızı və Zöhrabova (Quliyeva) Ayşən Asif qızına məxsus olması faktı müəyyən edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktının torpaq mülkiyyətçiləri X32, X28, Kütük (Bəylərova) Gülşən Fəxrət qızı, X23, Hüseynova (Bəylərova) Zəriş Fəxrət qızı, Aslanova (Quliyeva) Aynur Asif qızı və Zöhrabova (Quliyeva) Ayşən Asif qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev
İş № 2(036)-646/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU İmişli rayonu
Sədrlik edən məhkəmə iclasını 17 fevral 2023-cü il tarixdə saat 11:15-də açır və ərizəçi X16 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıldığını elan edir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 179-cu maddəsinə əsasən məhkəmə iclasında iştirak edən şəxslər barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək göstərdi ki, məhkəmə iclasına ərizəçi gəlmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən ərizəçinin şəxsiyyətini müəyyən edir. Ərizəçi: X31- 20 avqust 1972-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, işsiz, İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayan. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 182-ci maddəsinə əsasən məhkəmə tərkibini elan edir. X57 Osman oğlu, katib Şiralıyeva Günel Mirzə qızı. Sədrlik edən ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 19-20-ci maddələrində nəzərdə tutulmuş əsaslarla hakim və məhkəmə iclasının katibinə etiraz etmək hüquqları olduğunu izah edir. Ərizəçi hakim və məhkəmə iclas katibinə etirazı olmadığını bildirirdi. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 183-cü maddəsinə əsasən ərizəçiyə onun Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquq və vəzifələrini izah edir. Ərizəçi hüquq və vəzifələrinin ona aydın olduğunu bildirdi. Sədrlik edən prosesin video-audio yazı ilə aparıldığını bildirdi. Sədrlik edən ərizəçidən məhkəmə hazırlıq iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılması barədə fikirini soruşdu. Ərizəçi hazırkı vəziyyətdə maraqlı şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etdi. Məhkəmə yerində müşavirə edərək qərara alır: Maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılması mümkün hesab edilsin. Sədrlik edən ərizəçinin ərizəsini və ona əlavə edilmiş sənədləri elan edir. Sədrlik edən ərizəçidən onun vəsatətinin olub-olmaması barədə fikirini soruşur. Ərizəçi heç bir vəsatətim yoxdur. Sədrlik edən ərizəçiyə izahat verməyi təklif edir. Ərizəçi X31 izahatında göstərdi ki, ərizəmi müdafiə edirəm. Mənim və ailə üzvlərimin adına İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0083 nömrəli, KOD 90700068 saylı Dövlət Aktı verilmişdir. Həmin sənəddə texniki səhv olaraq X30 adı X31, X17 adı X27, X18 adı X20 və X19 adı X6 yazılmışdır. Sənəddə buraxılan səhv bizim həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Ona görədə xahiş edirəm ki, dövlət aktında səhv yazılmış adların düzəldilməsi və həmin dövlət aktının bizə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edəsiniz. Sədrlik edənin sualına ərizəçi cavab verir: - Xeyr, dövlətin verdiyi subsidiyanı ala bilmirəm. - Bəli, 8.03 ha torpaq sahəsi verlmişdir. - Bəli, hal-hazırda yonca əkmişəm. - Bəli, ailə üzvlərimin hamısı istifadə edir. Ərizəçiyə əlavə suallar olmadı. Sədrlik edən müşavirəyə gedir. Sədrlik edən müşavirədən qayıdır, qətnaməni elan edir və ondan şikayət vermə müddətini və qaydasını izah edir. Sədrlik edən saat 11:35-də məhkəmə iclasını bağlı elan edir. Protokol 17 fevral 2023-cü il tarixdə tərtib olundu.
Sədrlik edən: Telman Quliyev
Katib: Günel Şiralıyeva