Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-994/2023 17.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0478 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Vasif Qəhrəman oğlu və JN-0477 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İmbil Cəfər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Yalavac kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 1.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN-0477 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN-0478 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir.Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur.Ona görə də, ərizə verib JN-0478 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında X1 Vasif Qəhrəman oğluna və JN-0477 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İmbil Cəfər qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0478 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 oktyabr 2004-cü il tarixli 03 saylı qərarı ilə İmişli rayonu, Yalavac kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.68 ha torpaq sahəsi Ərizəçi, X10, X17, X18, X21 və X6 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-0477 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 oktyabr 2004-cü il tarixli 03 saylı qərarı ilə İmişli rayonu, Yalavac kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.57 ha torpaq sahəsi X22 və X11 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №446056 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X23 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №335028 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X22 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan Seriya AZE 16825769 nömrəli AR X5 surətinə əsasən X15 xx.xx.1991-ci ildə anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Yalavac kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 322 saylı arayışına əsasən JN-0478 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X8 adı X3 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Yalavac kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 321 saylı arayışına əsasən JN-0477 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında texniki səhv olaraq X14 adı X4 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0478 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında X1 Vasif Qəhrəman oğluna və JN-0477 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İmbil Cəfər qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0478 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında X1 Vasif Qəhrəman oğluna və JN-0477 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 İmbil Cəfər qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-994/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-994/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver