Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-994/2024 17.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 227345 saylı akta görə 346.58 manat, xx.xx.2021-ci il tarixli, 243156 saylı akta görə 146.93 manat, xx.xx.2022-ci il tarixli, 268223 saylı akta görə 39.26 manat, xx.xx.2022-ci il tarixli, 258490 saylı akta görə 180.83 manat, xx.xx.2022-ci il tarixli, 283296 saylı akta görə 216.19 manat, xx.xx.2023-cü il tarixli, 294174 saylı akta görə 78.65 manat, xx.xx.2023-cü il tarixli, 301092 saylı akta görə 72.02 manat və xx.xx.2023-cü il tarixli, 301458 saylı akta görə 25.14 manat məbləğində cərimələrin silinməsi və aktların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonu, Oruclu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan kənar xətt vasitəsilə X2 edilmişdir. Bu səbəbdən də ona xx.xx.2021-ci il tarixli, 227345 saylı akta görə 346.58 manat, xx.xx.2021-ci il tarixli, 243156 saylı akta görə 146.93 manat, xx.xx.2022-ci il tarixli, 268223 saylı akta görə 39.26 manat, xx.xx.2022-ci il tarixli, 258490 saylı akta görə 180.83 manat, xx.xx.2022-ci il tarixli, 283296 saylı akta görə 216.19 manat, xx.xx.2023-cü il tarixli, 294174 saylı akta görə 78.65 manat, xx.xx.2023-cü il tarixli, 301092 saylı akta görə 72.02 manat və xx.xx.2023-cü il tarixli, 301458 saylı akta görə 25.14 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Qeyd olunan akt onun iştirakı olmadan tərtib edilmiş və aktda formal olaraq onun nümayəndəsinin iştirakı göstərilmişdir.
3. “X1ydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, 227345 saylı, xx.xx.2021ci il tarixli, 243156 saylı, xx.xx.2022-ci il tarixli, 268223 saylı, xx.xx.2022-ci il tarixli, 258490 saylı, xx.xx.2022-ci il tarixli, 283296 saylı, xx.xx.2023-cü il tarixli, 294174 saylı, xx.xx.2023cü il tarixli, 301092 saylı və xx.xx.2023-cü il tarixli, 301458 saylı aktlara əsasən İddiaçı yaşadığı İmişli rayonu, Oruclu kəndində yerləşən evində X1ydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmişdir.
4. İddiaçı yaşadığı İmişli rayonu, Oruclu kəndində yerləşən evində X1ydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması aşkar olunduğundan «EEİQ»-nın 8.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən xx.xx.2021ci il tarixli, 227345 saylı, xx.xx.2021-ci il tarixli, 243156 saylı, xx.xx.2022-ci il tarixli, 268223 saylı, xx.xx.2022-ci il tarixli, 258490 saylı, xx.xx.2022-ci il tarixli, 283296 saylı, xx.xx.2023cü il tarixli, 294174 saylı, xx.xx.2023-cü il tarixli, 301092 saylı və xx.xx.2023-cü il tarixli, 301458 saylı aktlar tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır.
5. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə hazırlıq iclasında iddia tələbinə qarşı etiraz ərizəsi (vəsatət) vermişdir.
6. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı yaşadığı evində xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X1ydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmiş və X2yə görə İddiaçı əlavə sərfiyyat yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş EEİQ-nın 8.32-ci bəndi rəhbər tutularaq və fakta istinad olunaraq 05 aprel 2021-ci il tarixli, 021729 saylı akt tərtib edilmişdir. Bu da «X1ydalarının» (EEİQ) 8.17-ci bəndinin istehlakçı tərəfindən pozulması deməkdir. İddiaçının müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri cəmi 1105.78 manat hesablanaraq bərpa edilmişdir. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. İddiaçı isə ərizəsində aktın etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onunla birlikdə yaşayan oğlu cücə saxlamaq üçün bəzən kənar kəttən istifadə etmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar xətt müəyyən edilərək barəsində aktlar tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərər məbləği çoxdur və maddi imkanı olmadığından həmin məbləği ödəmək iqtidarında deyildir. Ona görə də hesablanmış borcun mümkün qədər azaldılmasını xahiş edir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onların yaşadığı evə gələrək qanunsuz olaraq sayğacdan kənar X2 etdikləri kənar xətti aşkar etmiş, həmin vaxt bu barədə onun iştirakı ilə müvafiq akt tərtib olunmuş və akt onun tərəfindən imzalamışdır.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 77.2. Dövlət orqalarının, icra və.s orqanların aktının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
25. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır.
26. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi "xxxx" ASC tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 227345 saylı akta görə 346.58 manat, xx.xx.2021-ci il tarixli, 243156 saylı akta görə 146.93 manat, xx.xx.2022-ci il tarixli, 268223 saylı akta görə 39.26 manat, xx.xx.2022-ci il tarixli, 258490 saylı akta görə 180.83 manat, xx.xx.2022-ci il tarixli, 283296 saylı akta görə 216.19 manat, xx.xx.2023-cü il tarixli, 294174 saylı akta görə 78.65 manat, xx.xx.2023-cü il tarixli, 301092 saylı akta görə 72.02 manat və xx.xx.2023-cü il tarixli, 301458 saylı akta görə 25.14 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Qeyd olunan akt onun iştirakı olmadan tərtib edilmiş və aktda formal olaraq onun nümayəndəsinin iştirakı göstərilmişdir. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 227345 saylı, xx.xx.2021-ci il tarixli, 243156 saylı, xx.xx.2022-ci il tarixli, 268223 saylı, xx.xx.2022-ci il tarixli, 258490 saylı, xx.xx.2022-ci il tarixli, 283296 saylı, xx.xx.2023-cü il tarixli, 294174 saylı, xx.xx.2023-cü il tarixli, 301092 saylı və xx.xx.2023-cü il tarixli, 301458 saylı aktlar etibarsız hesab edilməli və həmin aktlara əsasən hesablanmış borcun silinməsindən ibarətdir.
27. İddiaçı yaşadığı İmişli rayonunun Qaralar kəndində yerləşən evində qanunsuz olaraq sayğacdan kənar X2 edilməsi və həmin faktın "xxxx" ASC-nin əməkdaşları tərəfindən aşkar olunaraq rəsmiləşdirilməsi işin mübahisəsiz halıdır.
28. Məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş “X1ydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, 227345 saylı akta görə 346.58 manat, xx.xx.2021-ci il tarixli, 243156 saylı akta görə 146.93 manat, xx.xx.2022-ci il tarixli, 268223 saylı akta görə 39.26 manat, xx.xx.2022-ci il tarixli, 258490 saylı akta görə 180.83 manat, xx.xx.2022-ci il tarixli, 283296 saylı akta görə 216.19 manat, xx.xx.2023-cü il tarixli, 294174 saylı akta görə 78.65 manat, xx.xx.2023-cü il tarixli, 301092 saylı akta görə 72.02 manat və xx.xx.2023-cü il tarixli, 301458 saylı akta görə 25.14 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Qeyd olunan akt onun iştirakı olmadan tərtib edilmiş və aktda formal olaraq onun nümayəndəsinin iştirakı göstərilmişdir. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 227345 saylı, xx.xx.2021-ci il tarixli, 243156 saylı, xx.xx.2022-ci il tarixli, 268223 saylı, xx.xx.2022-ci il tarixli, 258490 saylı, xx.xx.2022-ci il tarixli, 283296 saylı, xx.xx.2023-cü il tarixli, 294174 saylı, xx.xx.2023-cü il tarixli, 301092 saylı və xx.xx.2023-cü il tarixli, 301458 saylı aktlar etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış borcun silinməsi üçün heç bir əsas mövcud deyildir.
29. Belə ki, həmin aktda sayğacdan kənar xətdən istifadə olunmaqla X1ydalarının pozulması öz əksini tapmışdır.
30. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar hesab olunur.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir.
32. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
33. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
34. Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
35. Qaydaların 8.20-ci bəndinə əsasən yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.
36. Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enercisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur.
37. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
39. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
40. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».
41. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. İşdən göründüyü kimi sübutetmə vəzifəsi üzərinə düşən iddiaçı öz tələbinin əsaslarını təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
44. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarçılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev