Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1001/2021 13.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Xəlı̇ lov İlqar Lazım oğlu və Xəlı̇ lli Xəlı̇ l Roqan oğlunun cavabdeh Xəlı̇ lov Sədaqət Lazım oğluna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında əldə olunmuş hüquqi nəticələrin ləğv edilməsi və qanun üzrə birinci növbədə vərəsə kimi mirasın onlar tərəfindən qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki işə 13 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar Xəlı̇ lov İlqar Lazım oğlu və Xəlı̇ lli Xəlı̇ l Roqan oğlu cavabdeh Xəlı̇ lov Sədaqət Lazım oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək X3 miras qalan, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, miras qoyan X7 DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə məxsus olan və miras qalan ümumi sahəsi 75.6 kv.metr fərdi yaşayış evi və 0,15 hektar həyətyanı torpaq sahəsinə dair İsmayıllı rayonu Notariat Ofisi tərəfindən cavabdeh Xəlı̇ lov Sədaqət Lazım oğlunun adına 08 dekabr 2020-ci il tarixdə 486 və 487 nömrə ilə reyestrdə qeydə alınaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında əldə olunmuş hüquqi nəticələrin ləğv edilməsi və qanun üzrə birinci növbədə vərəsə kimi mirasın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 məhkəmə iclaslarına gəlməmiş, İddiaçı1 və Cavabdeh işə İddiaçı2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı2 iddia tələbini olunla əsaslandırmışdır ki, cavabdeh onun əmisidir. X2 06 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Nənəsi vəfat etdikdən sonra əmisi onun razılığı olmadan vərəsəlik məsələsini əsassız olaraq öz xeyrinə həll etməklə İsmayıllı rayon Notariat Ofisindən 08 dekabr 2020-ci il tarixdə 487 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməni əsassız hesab edir. Nənəsindən miras qalan, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, miras qoyan nənəsinə DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə məxsus olan və miras qalan ümumi sahəsi 75.6 kv.metr fərdi yaşayış evi və 0,15 hektar həyətyanı torpaq sahəsinə dair İsmayıllı rayonu Notariat Ofisi tərəfindən cavabdeh Xəlı̇ lov Sədaqət Lazım oğlunun adına 08 dekabr 2020-ci il tarixdə 486 və 487 nömrə ilə reyestrdə qeydə alınaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında əldə olunmuş hüquqi nəticələrin ləğv edilməsi və qanun üzrə birinci növbədə vərəsə kimi mirasın onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, ailədə üç bacı və üç qardaş olmuşlar. Onun üç bacısı ailə quraraq ər evinə köçmüşlər. X1 07 iyul 2007-ci il tarixdə, anası X14 06 iyul 2020-ci il tarixdə, qardaşı X17 isə 2019-cu ildə vəfat etmişlər. O, hələ valideynlərinin sağlığında öz vəsaiti hesabına ata-baba evlərinə bitişik olaraq özü üçün kürsülü, yəni hündür zirzəmili bir otaqlı ev tikmişdir. Həmin evin zirzəmisini otaq kimi düzəltmişdir. Həmin otaqda valideynləri, ikinci mərtəbədə olan otaqda isə o özü yaşamışdır. Cavabdeh və ailəsi isə valideynlərinə məxsus evdə yaşamışdır. 1983-cü ildə ailə qurduqdan sonra həyat yoldaşı həmin otağa gəlin gəlmiş və cehiz əmlakının bir hissəsi də hazırda həmin otaqda yerləşir. O və ailəsi olmayanda anası evin ona aid otağında yaşamışdır. Anası onun himayəsində olmuş, o və ailəsi olmayanda isə anasına kənddə yaşayan bacıları qulluq etmişlər. Anasının maddi təminatını, müalicə və digər xərclərini o çəkmişdir. Anası vəfat etdikdə də onun bütün hüzr və dəfn xərclərini o öz vəsaiti ilə icra etmiş və hüzr mərasimi başa çatdıqdan sonra 20 avqust 2020-ci il tarixdə işləmək üçün yenidən Rusiya Federasiyasına getmişdir. O, Rusiya Federasiyasına işləməyə getsə də ailəsi çox vaxt gəlib Zeyvə kəndində yerləşən yaşayış evinin yuxarı mərtəbəsindəki otaqda yaşamışdır. Həmin otaqda yaşamadıqda qapısını bağlayıb getmişlər. O, Rusiya Federasiyasından qayıdana qədər cavabdeh qanun üzrə birinci növbədə vərəsələrdən gizli olaraq anasından miras qalan əmlakı öz xeyrinə həll etməklə İsmayıllı rayon Notariat Ofisindən 08 dekabr 2020-ci il tarixdə 487 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq miras əmlaka dair mülkiyyət hüququ əldə etmişdir. Bu barədə o, 2021-ci ilin iyul ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra bilmişdir. O, ev və torpağın vergilərini ödəmiş, evin ona məxsus hissəsinin və həyətinin təmirini həyata keçirmişdir. O, anasından miras qalan evi faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı1 qardaşıdır. X31 07 iyul 2007-ci il tarixdə, anası Adilə Xəlilova 06 iyul 2020-ci il tarixdə, qardaşı Roqan Xəlilov isə 2019-cu ildə vəfat etmişlər. Bacıları valideynləri sağlığında ər evinə köçmüşlər. O, valideynlərinin sağlığında öz vəsaiti hesabına ata-baba evlərinə bitişik hündür zirzəmili bir otaq tikmişdir. Həmin zirzəmidə valideynləri, ikinci mərtəbəsində isə qardaşı İddiaçı1 və ailəsi yaşamışdır. O və ailəsi isə valideynlərinə məxsus evdə yaşamışdır. Anası onun himayəsində qalmış, anasının müalicə və digər xərclərini çəkmişdir. Anası vəfat etdikdə onun hüzr və dəfn xərclərini o öz vəsaiti ilə ödəmişdir. Qardaşı İddiaçı1 anasının hüzr pullarını yığdıqdan sonra Rusiya Federasiyasına getmişdir. Qardaşı İddiaçı1 iddia etdiyi evi o tikmiş və həmin evin divarında da adı qeyd olunmuşdur. Qardaşı İddiaçı1 Sumqayıt şəhərində evi var və orada yaşayır. Mübahisəli evin bir otağında qardaşı İddiaçı1 həyat yoldaşına məxsus əmlaklar vardır. Həmin otağın açarı da qardaşı İddiaçı1 özündədir. İlqar və həyat yoldaşı yay fəslində mübahisəli evdə gəlib qalmışlar. Qardaşı İddiaçı1 həmin evdə gəlib qalmasına etirazı yoxdur. Qardaşı İddiaçı1 miras əmlakı qoruyub saxlamamış, miras əmlakla maraqlanmamış, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində heç bir hərəkət etməmiş, miras əmlakı nə qanuni, nə də faktiki qəbul etməmişdir. Valideynləri vəfat edənədək onlarla birlikdə yaşamış, onların vəfatından sonra da miras əmlakı faktiki qəbul etmiş, miras əmlakı qoruyub saxlamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Şahid X11 ifadə verərək göstərdi ki, İddiaçı1 onun əridir. 1983-cü ildə İddiaçı1la ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra həyat yoldaşının inşa etdirdiyi İsmayıllı rayonu Zeyvə kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin ev hündür zirzəmili bir otaqdan ibarətdir. Əri həmin evin zirzəmisini otaq kimi düzəltmişdir. Həmin otaqda ərinin valideynləri, ikinci mərtəbədə olan otaqda isə əri ilə birlikdə o yaşamışdır. Cehiz əmlakının bir hissəsi də hazırda həmin otaqda yerləşir. Onlar kənddə olmayanda qaynanası evin onlara aid otağında yaşamışdır. Qaynanası ərinin himayəsində olmuş, onlar olmayanda isə qaynanasına kənddə yaşayan qızları qulluq etmişlər. Qaynanasının müalicə və digər xərclərini əri çəkmişdir. Qaynanası vəfat etdikdə də onun bütün hüzr və dəfn xərclərini əri çəkmişdir. Əri 2020-ci ilin avqust ayının sonlarında işləmək üçün yenidən Rusiya Federasiyasına getmişdir. Əri Rusiya Federasiyasında olsa da o çox vaxt gəlib Zeyvə kəndində yerləşən evdə yaşamışdır. Sumqayıt şəhərinəki evlərinə qayıdanda isə yaşadıqları və içərisində əmlakları olan otağın qapısını bağlayıb getmişlər. Həmin otağın açarı da ərində və onun özündədir. Əri evin və torpağın vergilərini ödəmiş, evin ona məxsus hissəsinin və həyətinin təmirini həyata keçirmişdir. Əri anasından miras qalan evi faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Şahid X15 ifadə verərək göstərdi ki, İddiaçı1 onun kürəkənidir. 1983-cü ildə qızı X25 Xəlilovla ailə həyatı qurmuşdur. Qızı ailə həyatı qurduqdan sonra həyat yoldaşının inşa etdirdiyi İsmayıllı rayonu Zeyvə kəndində yerləşən evə gəlin köçmüş və həmin evin ikinci mərtəbəsində yerləşən bir otaqda yaşamışlar. Evin birinci mərtəbəsindəki zirzəmidə isə kürəkənin valideynləri yaşamışlar. Qızının cehiz əmlakının bir hissəsi də hazırda həmin otaqda yerləşir. Kürəkəni Rusiya Federasiyasında olsa da qızı çox vaxt gəlib Zeyvə kəndində yerləşən evdə yaşamışdır. Şahid X19 ifadə verərək göstərdi ki, İddiaçı1 onun bacısının əridir. Bacısı İddiaçı1la ailə həyatı qurduqdan sonra İsmayıllı rayonu Zeyvə kəndində yerləşən evə gəlin köçmüş və evin bir otağında yaşamışlar. Bacısının cehiz əmlaklarının bir hissəsi hazırda da həmin otaqda yerləşir. Şahid X9 ifadə verərək göstərdi ki, cavabdeh onun əridir. Mübahisə predmeti olan ev 1979-cu ildə tikilmişdir. O, həmin evə gəlin köçmüşdür. İddiaçı1 və ailəsi bir müddət həmin evdə qaldıqdan sonra Sumqayıt şəhərinə köçüb orada yaşamışlar. İddiaçı1 və ailəsi yuxarı mərtəbədəki otaqda yaşamış və həmin otaqda onlara məxsus əmlaklar var. Onlar evdən gedən zaman həmin otağın qapısını bağlayıb gedirlər. Qaynanası aşağı otaqda yaşamış və sonuncuya qulluq etmişlər. Şahid X12 ifadə verərək göstərdi ki, cavabdeh onun atasıdır. İddiaçı1 və ailəsi yuxarı mərtəbədəki otaqda yaşamış və onlar köçən zaman həmin otağın qapısını bağlayıb getmişlər. Həmin otaqda İddiaçı1 və arvadına məxsus əmlaklar var. Lakin həmin əmlakların nədən ibarət olduğunu bilmir. Nənəsi rəhmətə gedəndə İddiaçı1 yanında olmamış, lakin sonradan gəlmişdir. Baba və nənəsinə o və onun ailə üzvləri baxmışdır. İddiaçı1 və ailəsinin yuxarı mərtəbədə olan otaqda yaşamaqlarına etiraz etmir. Şahid X13 ifadə verərək göstərdi ki, cavabdeh onun qaynatasıdır. 2009-cu ildə mübahisə predmeti olan evə gəlin kömüşdür. Onlar aşağı otaqda, İddiaçı1 və ailəsi yuxarı otaqda yaşamış və onlar köçən zaman həmin otağın qapısını bağlayıb getmişlər. Həmin otaqda İddiaçı1 və arvadına məxsus əmlaklar var. Lakin həmin əmlakların nədən ibarət olduğunu bilmir. Çünki həmin otağın içində olmamışdır. İddiaçı1 və ailəsi yay fəslində mübahisəli evdə gəlib qalmışdır. Həmin otağın açarları İddiaçı1 və onun arvadındadır. Cavabdehin anası rəhmətə gedənə yaxın İddiaçı1 gəlib çıxmışdır. Cavabdehin anasına onlar baxmışlar. İddia tələbinin şəhadətnamələr əsasında əldə olunmuş hüquqi nəticələrin ləğv edilməsi dair hissəsi məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır. 08 iyun 2020-ci il tarixli AZ-İİ №029093 şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 06 iyun 2020-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon İHB-nın Xankəndi kənd İƏD üzrə nümayəndəliyinin 18 sentyabr 2020ci il tarixli 249 nömrəli arayışlarından görünür ki, X8 vəfat etdiyi günə kimi X14, Cavabdeh, X9 və X12 ilə birlikdə, X14 isə vəfat etdiyi günə kimi Cavabdeh, X9, X12, X13, X20, X21 və X18 ilə birlikdə yaşamışlar. 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində 0,15 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi X8 (fərdi ev tam, torpaq ümumi birgə) və X6 (torpaq ümumi birgə) mülkiyyətinə verilmişdir. 08 dekabr 2020-ci il tarixli reyestrdə 2V-486 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Xəlilov X5 rayon Notariat Ofisinə Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 04 noyabr 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş və həmin ərizədə özünü mərhum X6 yeganə birinci növbədə vərəsəsi kimi göstərmişdir və Cavabdeh İsmayıllı rayonu Notariat Ofisi tərəfindən 2V-486 nömrə ilə qeydə alınmış Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə verilən miras əmlak DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Adilə Xəlilovaya verilmiş İsmayıllı rayon Zeyvə kəndində yerləşən 0,15 hektar torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. 08 dekabr 2020-ci il tarixli reyestrdə 2V-487 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Xəlilov X5 rayon Notariat Ofisinə Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 04 noyabr 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş və həmin ərizədə özünü mərhum X6 yeganə birinci növbədə vərəsəsi kimi göstərmişdir və Cavabdeh İsmayıllı rayonu Notariat Ofisi tərəfindən 2V-487 nömrə ilə qeydə alınmış Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqularını rəsmiləşdirmədən vəfat etmiş X6 08 iyun 2007-ci il tarixdə vəfat etmiş əri X4 məxsus olmuş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Adilə Xəlilovaya verilmiş İsmayıllı rayon Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi və 0,15 hektar torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. İsmayıllı rayon İHB-nın Xankəndi kənd İƏD üzrə nümayəndəliyinin 15 sentyabr 2021ci il tarixli 180 nömrəli arayışından görünür ki, Xəlilov X10 rayonu Zeyvə kəndində qeydiyyatdadır. İsmayıllı rayon Zeyvə bələdiyyəsinin 21 sentyabr 2021-ci il tarixli 15 nömrəli arayışından görünür ki, İddiaçı1 Zeyvə bələdiyyəsinə əmlak və torpaq vergisi yoxdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Zeyvə kəndində 0,15 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi X8 (fərdi ev tam, torpaq ümumi birgə) və X6 (torpaq ümumi birgə) mülkiyyətinə verilmişdir. Adilə Xəlilova 06 iyun 2020-ci il tarixdə vəfat etmişdir. 08 dekabr 2020-ci il tarixdə miras əmlaka dair reyestrdə 2V-486 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamədə Adilə Xəlilovanın vərəsəsi oğlu Cavabdeh olması və onun miras əmlakdan tam hissədə pay alması, şəhadətnamədə verilən miras əmlak DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Adilə Xəlilovaya verilmiş İsmayıllı rayon Zeyvə kəndində yerləşən 0,15 hektar torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarət olması qeyd edilmişdir. 08 dekabr 2020-ci il tarixdə miras əmlaka dair reyestrdə 2V-487 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında daha bir şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamədə Adilə Xəlilovanın vərəsəsi oğlu Cavabdeh olması və onun miras əmlakdan tam hissədə pay alması, şəhadətnamədə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqularını rəsmiləşdirmədən vəfat etmiş Adilə Xəlilovanın 08 iyun 2007-ci il tarixdə vəfat etmiş əri Lazım Xəlilova məxsus olmuş DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Adilə Xəlilovaya verilmiş İsmayıllı rayon Zeyvə kəndində yerləşən ümumi sahəsi 75.6 kv.metr olan fərdi yaşayış evi və 0,15 hektar torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarət olması qeyd edilmişdir. Cavabdeh anası Adilə Xəlilovadan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə İsmayıllı rayon Notariat Ofisinə 04 noyabr 2020-ci il tarixdə ərizə təqdim etmiş, təqdim etdiyi ərizəsində ondan başqa digər birinci növbədə vərəsələrin olmadığını göstərmişdir. Məhkəmə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. İş materiallarında olan cavabdehin İsmayıllı rayon Notariat Ofisinə təqdim etdiyi 04 noyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh Notariat Ofisinə müraciət edərək anası Adilə Xəlilovadan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin Notariat Ofisinə düzgün olmayan məlumat verərək ondan başqa digər birinci növbədə vərəsələrin olmadığını bildirmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq o, bu barədə düzgün məlumat verməyə borclu idi. Eyni zamanda,“Notariat haqqında” Azərbaycan Respublikası qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın qeyd olunan maddələrinin mənasına görə notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə birinci növbədə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, birinci növbədə vərəsələrin dairəsini müəyyən etməyə borcludur. İş materiallarından göründüyü kimi, cavabdeh birinci növbədə vərəsələr barəsində düzgün məlumat verməmişdir. Notarius isə birinci növbədə vərəsələrin dairəsini müəyyən etməyə borclu olduğu halda bunu etməmiş, mirasın qəbul edilmə əsaslarını yoxlamamış və mərhum Adilə Xəlilovadan miras qalmış əmlakın bütöv hissəsinə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamə tərtib edilərkən İddiaçı1 birinci növbədə vərəsə kimi nəzərə alınmamış, X16 birinci növbədə vərəsələrinin kimlərdən ibarət olması dəqiqləşdirilməmişdir. Nəticədə miras əmlakda İddiaçı1 payı müəyyən edilməmiş, onun adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilməmiş, həmçinin İddiaçı1 adına vərəsəlik hüququ haqqında digər şəhadətnamə tərtib edilməmişdir. Bununla da, X16 birinci növbədə vərəsəsi kimi İddiaçı1 miras əmlakdan pay almaq hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 337.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinin tələblərinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 352-ci maddəsinin tələblərinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququ hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Şərh olunanlara əsasən və qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi 30 oktyabr 2020-ci il tarixli **********68-10301 reyestr nömrəli çıxarışa əsasən Adilə Xəlilovaya məxsus İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evi və 0,15 hektar həyətyanı torpaq sahəsinə dair İsmayıllı rayonu Notariat Ofisi tərəfindən cavabdehin adına 08 dekabr 2020-ci il tarixdə 486 və 487 nömrə ilə reyestrdə qeydə alınaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin qanun üzrə birinci növbədə vərəsə kimi mirasın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, İddiaçı1 X16 övladı olmaqla o, da X16 birinci növbədə vərəsəsidir. X16 sağlığında və vəfatından sonra da İddiaçı1 və ailəsi mübahisəli evin onlara məxsus əmlaklarının yerləşdiyi otağında yaşamaqla, həmin otağın və həyətin özünün istifadə etdiyi hissəsini təmir etməklə miras əmlakın bir hissəsini faktiki qəbul edərək ona sahiblik etmişdir. Qeyd edilən faktı cavabdeh, iddiaçının və cavabdehin şahidləri də təsdiq etmişlər. Ona görə də iddia tələbi mirasın İddiaçı1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması hissəsində təmin edilməlidir. Məhkəmə İddiaçı2 iddia tələbinin mirasın onun tərəfindən də qəbul edilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı2 qanun üzrə birinci növbədə vərəsə kimi mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasını qeyd etsə də həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin fakt məhkəmə iclasında da təsdiq edilmədi. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı2 iddia tələbi mirasın onun tərəfindən qəbul edilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 30 oktyabr 2020-ci il tarixli **********68-10301 reyestr nömrəli çıxarışa əsasən X7 məxsus İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evi və 0,15 hektar həyətyanı torpaq sahəsinə dair İsmayıllı rayonu Notariat Ofisi tərəfindən cavabdeh Xəlı̇ lov Sədaqət Lazım oğlunun adına 08 dekabr 2020-ci il tarixdə 486 və 487 nömrə ilə reyestrdə qeydə alınaraq verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. X3 miras qalmış İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 75.6 kv.metr fərdi yaşayış evi və 0,15 hektar həyətyanı torpaq sahəsinin miras kimi iddiaçı Xəlı̇ lov İlqar Lazım oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1001/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1001/2021
13.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver