Məhkəmə qərarları › İş №2(037)-1002/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1002/2021

05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1002/2021 05.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 05 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11, X7, X12, X8, X15, X16, X5 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qaynanasının ata adı Nəcməddin əvəzinə Məcid, baldızının və qaynının ata adları Qəhrəman əvəzinə Qəhriman kimi qeyd olunmuşdur. X13 02 dekabr 2002-ci, qaynanası Telli Muştaqova 05 iyul 2010-cu və qaynı Mehman Muştaqova 18 iyun 2007-ci il tarixdə vəfat etmişlər. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ailə üzvlərinin ata adılarında uyğunsuzluq olduğundan onlardan qalan mirası adına rəsmiləşdirə bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı mülkiyyətçi Telman Muştaqov aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ailəsini yaxından tanıyır. Aparılan torpaq islahatları zamanı ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin qaynanasının ata adı Nəcməddin olduğu halda Məcid, qaynı və baldızının ata adları Qəhrəman olduğu halda Qəhriman kimi yazılmışdır. O, JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. AA0893525 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X12 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0694750 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X9 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 29 yanvar 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17842635 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 13 avqust 2018-ci il tarixdə mülkiyyətçiyə X15 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17844264 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 19 iyul 2018-ci il tarixdə mülkiyyətçiyə X16 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 006796 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X11 02 dekabr 2002-ci il tarixdə vəfat etmişdir. AZ-İ 431981 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X7 05 iyul 2010-cu il tarixdə vəfat etmişdir. AZ-İ 238219 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X10 18 iyun 2007-ci il tarixdə vəfat etmişdir. AZ-İ 040397 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 arasında 29 dekabr 2001-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Tahirov, arvada Tahirova soyadı verilmişdir. JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X11, X7, X12, X8, Ərizəçi, X15, X16 və X3 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X1 ata adı Məcid, mülkiyyətçi X2 ata adı Qəhriman, mülkiyyətçi X3 ata adı Qəhriman kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli **********07 nömrəli məktubdan görünür ki, mülkiyyətçi Telman Muştaqov JN-0068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X11, X7, X12, X8, Ərizəçi, X15, X16 və X3 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X1 ata adı Məcid, mülkiyyətçi X2 ata adı Qəhriman, mülkiyyətçi X3 ata adı Qəhriman kimi qeyd olunmuşdur. Mülkiyyətçi X11 02 dekabr 2002-ci il tarixdə, mülkiyyətçi X7 05 iyul 2010-cu il tarixdə və mülkiyyətçi X10 18 iyun 2007-ci il tarixdə vəfat etmişlər. JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin ata adlarında uyğunsuzluq olduğundan ərizəçi miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Göstərilən səhvin düzəldilməsi ilə bağlı mülkiyyətçi Telman Muştaqov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X28 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X1 ata adının Məcid, mülkiyyətçi X2 ata adının Qəhriman, mülkiyyətçi X3 ata adının Qəhriman kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-0068 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11, X7, X12, Muştaqova (nikahdan sonra Tahirova) Tahirə Qəhrəman qızı, Ərizəçi, X15, X16 və X5 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar