Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1025/2021 05.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 05 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi) və Ərizəçi2 (bundan sonra ikinci ərizəçi) ərizə ilə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən ailə üzvləri ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-560 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12, X13, Orucova (nikahdan sonra Nuriyeva) Xatirə Fərman qızına və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında birinci ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 1,11 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-560 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı həmin vaxt “Mütalib” olmasına baxmayaraq səhvən “Müqabil”, anasının adı həmin vaxt “Qərənfil” olmasına baxmayaraq səhvən “Pərigül” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onun və anasının adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında onun və anasının adında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-560 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ikinci ərizəçinin iştirakı olmadan baxılması qərara alınmşdır. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 ifadə verərək göstərdi ki, birinci ərizəçi onun oğlu, ikinci ərizəçi isə arvadıdır. Onların ailəsində Pərigül və Müqabil adlı şəxslər olmamış, hazırda da yaşamır. Aparılan torpaq islahatları zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında oğlunun adı “Mütalib” əvəzinə səhvən “Müqabil”, arvadının adı “Qərənfil” əvəzinə səhvən “Pərigül” kimi yazılmışdır. Göstərilən JN-560 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X1 X2 ilə eyni məzmunlu ifadə verərək JN-560 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə birinci ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2010-cu il tarixli seriya AZE № 07727297 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 fevral 1956-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan X6r. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 11 fveral 2011-ci il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1956-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Ərizəçi2dır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 16 avqust 2016-cı il tarixli seriya AZE № 15857820 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 iyul 1981-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı şəhəri H.Əliyev prospekti ev 13, mənzil 4-də yaşayan X7r. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 dekabr 2017-ci il tarixli seriya AZE № 16528709 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 07 oktyabr 1982-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 6 mənzil 16 ünvanında yaşayan X5dır. İş materiallarında olan İsmayıllı RİHB-nın Mican İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2008-ci il tarixli AZ-İ 438113 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 arasında rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Nuriyev, arvada Nuriyeva soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 2401 nömrəli arayışdan görünür ki, JN-560 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv olaraq X9 və X10 yazılmışdır. İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin 2018-2022-ci illər üzrə 12 nömrəli təsərrüfatbaşına kitabın 1193 nömrəli şəxs hesabına əsasən onların adı Ərizəçi2 və Ərizəçi1 yazılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli **********12 nömrəli məktubdan görünür ki, birinci ərizəçi JN-560 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X19 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında birinci ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-560 Kod 40719028 saylı dövlət aktına əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,11 ha torpaq sahəsi X12, Ərizəçi2, X13, X8 və Ərizəçi1 mülkiyyətinə verilmişdir. Sözügedən dövlət aktında birinci ərizəçinin adı həmin vaxt “Mütalib” olmasına baxmayaraq səhvən “Müqabil”, ikinci ərizəçinin adı həmin vaxt “Qərənfil” olmasına baxmayaraq səhvən “Pərigül” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-560 Kod 40719028 saylı dövlət aktında birinci Ərizəçi1 adının Müqabil, ikinci Ərizəçi2 adının Pərigül kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12, Ərizəçi2, X13, X8 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,11 ha torpaq sahəsinin X12, X9, X13, X11 və X4 mülkiyyətinə verilməsinə dair 09 fevral 2002-ci il tarixli JN-560 Kod 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi2 adının Pərigül, Ərizəçi1 adının Müqabil kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12, Ərizəçi2, X13, Orucova (nikahdan sonra Nuriyeva) Xatirə Fərman oğlu və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1025/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1025/2021
05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver