Məhkəmə qərarları › İş №2(037)-1044/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1044/2022

07.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1044/2022 07.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 07 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-si tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli JN-112 KOD 40708018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və ailə üzvləri X20, X11, X21 və X18 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və ailə üzvləri X20, X11, X21, X6 mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət Aktında onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Gülaliyev” və ata adı “Əlqara” olmasına baxmayaraq, Dövlət Aktında səhvən soyadı “Abuzərov” və ata adı “Əliqara” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Dövlət Aktında onun soyadı və ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun soyadı və ata adındakı yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsi və digər sənədlərindəki soyadı və ata adı ilə Dövlət Aktındakı soyadı və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, X38 qeyd edilən ad, soyad və ata adı ona və ailə üzvləri X20, X11, X21 və X18 məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X20 ifadə verərək göstərdi ki, Ərizəçi əridir. Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN- 112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və ailə üzvləri X12, X22, X19 və X7 mülkiyyətlərinə verilmişdir.X26 Ərizəçi soyadı həmin vaxt “Gülaliyev” və ata adı “Əlqara” olmasına baxmayaraq, Dövlət Aktında səhvən soyadı “Abuzərov” və ata adı “Əliqara” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X9 ifadə verərək göstərdi ki, Ərizəçi qardaşıdır. Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X20, X12, X22, X19 və X7 mülkiyyətlərinə verilmişdir. X26 Ərizəçi soyadı həmin vaxt “Gülaliyev” və ata adı “Əlqara” olmasına baxmayaraq, Dövlət Aktında səhvən soyadı “Abuzərov” və ata adı “Əliqara” kimi yazılmışdır. Maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1961-ci il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş Gülaliyev X15 rayonu, Zərnava kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14376705 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1963-cü il tarixdə Yevlax rayonu,Varvara kəndində doğulmuş X2 rayonu, Zərnava kəndində qeydiyyatdadır. İş materiallarında olan Zərdab RPŞ tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA2624633 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş X4 rayonu, Yarməmmədbağı kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Mingəçevir tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0223049 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1990-cı il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş X1 şəhərində qeydiyyatdadır. İş materiallarında olan Asan-Mingəçevir tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №18063623 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş X3 şəhəri, 20 Yanvar küçəsi ev 6B, mənzil 38-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1999-cu il tarixli JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı Rayon AİK-nın 02 iyun 1998-ci il tarixli 59 saylı qərarı ilə İsmayıllı rayon Zərnava kənd sakinləri X20, X12, X22, X19 və X7 mülkiyyətlərinə İsmayıllı rayonu, Zərnava kəndi ərazisindən 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilib. Dövlət Aktı 3692 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət Aktının bir nüsxəsi X13 verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X36 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir.Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X20, X12, X22, X19 və X7 (ərizəçi) mülkiyyətlərinə verilmişdir. X26 Ərizəçi soyadı həmin vaxt “Gülaliyev” və ata adı “Əlqara” olmasına baxmayaraq, Dövlət Aktında səhvən soyadı “Abuzərov” və ata adı “Əliqara” kimi qeyd olunmuşdur. X24 bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X20, X12, X22, X19 və X7 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi soyadının “Abuzərov”, ata adının “Əliqara” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2014-cü il tarixli, AZE №14376705 saylı şəxsiyyət vəsiqəsi), X8 (Zərdab RPŞ tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA2624633 saylı şəxsiyyət vəsiqəsi), X14 (Asan-Mingəçevir tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0223049 saylı şəxsiyyət vəsiqəsi), Gülaliyeva (nikahdan sonra Şükürova) Aynur Bulud qızına (Asan-Mingəçevir tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №18063623 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X20, X12, X22, X19 və X7 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-112 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi soyadının “Abuzərov”, ata adının “Əliqara” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14376705 saylı şəxsiyyət vəsiqəsi), X8 (Zərdab RPŞ tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA2624633 saylı şəxsiyyət vəsiqəsi), X14 (Asan-Mingəçevir tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli, AA0223049 saylı şəxsiyyət vəsiqəsi), Gülaliyeva (nikahdan sonra Şükürova) Aynur Bulud qızına (Asan-Mingəçevir tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №18063623 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar