Məhkəmə qərarları › İş №2(037)-1048/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1048/2021

19.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1048/2021 19.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 19 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, doğum haqqında şəhadətnaməsində atasının soyadının səhvən Budaqov əvəzinə Əsədov yazılması, JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının valideynləri X11 və X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının valideynləri X11 və X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən valideynlərinin mülkiyyətlərinə İsmayıllı rayonun Vəng kəndi ərazisində 0,08 hektar həyətyanı və 2,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə atasının ata adı həmin vaxt Şahnəzər olmasına baxmayaraq Şahmnəzər, anasının soyadı həmin vaxt Əsədova olmasına baxyaraq Budaqova, adı Suğra olmasına baxmayaraq Suqra, JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında isə anasının soyadı həmin vaxt Əsədova olmasına baxmayaraq Budaqova, ata adı Xaləddin olmasına baxmayaraq Xalyəddin kimi yazılmışdır. Anası 2009-cu ildə, atası isə 2012-ci ildə vəfat etmişlər. Torpaq sahələrinə dair tərtib olunmuş sənədlərdə uyğunsuzluq olması həmin torpaq sahələri üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə şəhadətnamədə atasının soyadı, anasının soyad və adı, dövlət aktında anasının soyad və adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında valideynlərinin soyadlarında, ad və ata adında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının valideynləri X11 və X8 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə və Maraqlı şəxs2nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 iyun 2015-ci il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1965-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan kəndində doğulmuş, İsmayıllı rayonu Vəng kəndində yaşayan Ərizəçidur. İş materiallarında olan İ-3Ж 007695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X12 və X9r. İş materiallarında olan İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2009-cu il tarixli AZ-İ 362112 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 aprel 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2012-ci il tarixli AZ-İ 586095 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X11 və X6 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi X7 ata adı Şahmnəzər, X2 Budaqova, adı Suqra kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, X11 və X6 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X2 Budaqova, ata adı Xalyəddin kimi qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli **********17 nömrəli məktubdan görünür ki, ərizəçi JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X20 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni və dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədə və dövlət aktında yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən 0,08 hektar həyətyanı və 2,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələri X11 və X6 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X7 ata adı həmin vaxt Şahnəzər olmasına baxmayaraq Şahmnəzər, X2 həmin vaxt Əsədova olmasına baxmayaraq Budaqova, adı Suğra olmasına baxmayaraq Suqra, JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında X2 həmin vaxt Əsədova olmasına baxmayaraq Budaqova, ata adı Xaləddin olmasına baxmayaraq Xalyəddin kimi yazılmışdır. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X7 ata adının Şahmnəzər, X1 Budaqova, adının Suqra, JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında X1 Budaqova, ata adının Xalyəddin kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədlərin X11 və X8 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Vəng kəndində yerləşən 0,08 ha torpaq sahəsinin X10 və X4 mülkiyyətinə verilməsinə dair 20 oktyabr 2002-ci il tarixli JN-062A Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni X7 ata adının Şahmnəzər, X1 Budaqova, adının Suqra kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 və X8 məxsus olması faktı müəyyən edilsin. İsmayıllı rayonu AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Vəng kəndində yerləşən 2,51 ha torpaq sahəsinin X11 və X3 mülkiyyətinə verilməsinə dair 17 oktyabr 1999-cu il tarixli JN-0077 Kod 40721028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçinin, yəni X1 Budaqova, ata adının Xalyəddin kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 və X8 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar