Məhkəmə qərarları › İş №2(037)-1049/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1049/2021

04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1049/2021 04.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 04 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, JN-1284F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamənin X9, X16 və ona, JN- 1193 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X9, Rəhmanova (nikahdan sonra Mahmudova) Xatirə Əkrəm qızı, X16 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X22 məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi ərizəçinin və ailə üzvləri X9, X14, 06 fevral 1999-cu il tarixli 66 saylı qərarla 0,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin və ailə üzvləri X9, Rəhmanova (nikahdan sonra Mahmudova) Xatirə Əkrəm qızı, X14 mülkiyyətinə verilmişdir. Həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-1284F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adı həmin vaxt Əkrəm olmasına baxmayaraq Əlikram, ərizəçinin arvadının ata adı həmin vaxt Hacağa olmasına baxmayaraq Hacalı, ərizəçinin oğlunun ata adı həmin vaxt Əkrəm olmasına baxmayaraq Əlikram, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə tərtib olunmuş JN- 1193 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin adı həmin vaxt Əkrəm olmasına baxmayaraq Əlikram, ərizəçinin arvadının ata adı həmin vaxt Hacağa olmasına baxmayaraq Hacı, ərizəçinin oğlunun və qızının ata adı həmin vaxt Əkrəm olmasına baxmayaraq Əlikram kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqları həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə şəhadətnamədə və dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad və ata adlarında olan yanlışlıqlara görə müvafiq sənədi ala bilməmişdir. Şəhadətnamədə və dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad və ata adlarının olduğu kimi yazılmasını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, ərizəçinin və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrində və digər sənədlərindəki ad və ata adları ilə şəhadətnamədəki və dövlət aktında ad və ata adları arasındakı uyğunsuzluqlar məhkəmə qaydasında aradan qaldırılmalı, həmin şəhadətnamənin və dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 bildirdi ki, ərizəçi onun atasıdır. Aparılan torpaq islahatları zamanı onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə onun ata adı həmin vaxt Əkrəm olmasına baxmayaraq Əlikram, atasının adı həmin vaxt Əkrəm olmasına baxmayaraq Əlikram, anasının ata adı həmin vaxt Hacağa olmasına baxmayaraq Hacalı, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və bacısının ata adları Əkrəm əvəzinə Əlikram, atasının adı Əkrəm əvəzinə Əlikram, anasının ata adı Hacağa Hacı kimi yazılmışdır. O, şəhadətnamənin və dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktını təsdiq edir. İş materiallarında olan JN-1284F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kənd sakinləri X4, X10 və X11 İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə 0,11 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə mülkiyyətlərinə verilmişdir. Şəhadətnamə 13909 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X1 verilmişdir. İş materiallarında olan JN-1193 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kənd sakinləri X4, X17, X12 və X11 İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə 0,98 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətlərinə verilmişdir. Dövlət aktı 11842 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət aktının bir nüsxəsi X2 verilmişdir. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon İsmayıllı kəndində qeydiyyatda olan və xx xxxxxx 1942-ci il tarixdə doğulmuş şəxs Ərizəçidur. İş materiallarında olan AZE 03526588 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon İsmayıllı kəndində qeydiyyatda olan və 06 mart 1952-ci il tarixdə doğulmuş şəxs X5r. İş materiallarında olan AZE 14892475 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon İsmayıllı kəndində qeydiyyatda olan və 02 aprel 1979-cu il tarixdə doğulmuş şəxs X18r. İş materiallarında olan AZE 09962644 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və 24 dekabr 1974-cü il tarixdə doğulmuş şəxs X13r. İş materiallarında olan Vİİ-ЖГ 312619 nömrəli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X19 arasında 17 iyul 1997-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən veirlmiş 12 oktyabr 2020-ci il tarixli 3277 nömrəli arayışından görünür ki, JN- 1193 Kod 40719028 saylı dövlət aktında X4 yazılmışdır. Əslində isə Ərizəçi yazılmalıdır. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli **********16 saylı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçinin müraciəti ilə bağlı torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması və məhkəməyə müraciət etməli olması bildirilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X34 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni və dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki və dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi, X9 və X16 məxsus JN-1284F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə səhvən Ərizəçi adı Əlikram, X3 ata adı Hacalı, X14 ata adı Əlikram, bundan başqa Ərizəçi, X9, X19 və X16 məxsus JN- 1193 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında səhvən Ərizəçi adı Əlikram, X3 ata adı Hacı, X7 ata adı Əlikram, X14 ata adı Əlikram kimi yazılmışdır. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,11 ha torpaq sahəsinin X4, X10 və X8 mülkiyyətinə verilməsinə dair 25 oktyabr 2006-cı il tarixli JN-1284F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Ərizəçi adının Əlikram, X3 ata adının Hacalı, X14 ata adının Əlikram kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi, X9 və X16, İsmayıllı rayonu AİK-nın 06 fevral 1999cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,98 ha torpaq sahəsinin X4, X17, X12 və X8 mülkiyyətinə verilməsinə dair 22 mart 2002-ci il tarixli JN-1193 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi adının Əlikram, X3 ata adının Hacı, X7 ata adının Əlikram, X14 ata adının Əlikram kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi, X9, Rəhmanova (nikahdan sonra Mahmudova) Xatirə Əkrəm qızı və X16 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,11 ha torpaq sahəsinin X4, X10 və X8 mülkiyyətinə verilməsinə dair 25 oktyabr 2006-cı il tarixli JN-1284F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Ərizəçi adının Əlikram, X3 ata adının Hacalı, X14 ata adının Əlikram kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi, X9 və X16 məxsus olması faktı müəyyən edilsin. İsmayıllı rayonu Aqrar İslahat komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,98 ha torpaq sahəsinin X4, X17, X12 və X8 mülkiyyətinə verilməsinə dair 22 mart 2002-ci il tarixli JN-1193 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi adının Əlikram, X3 ata adının Hacı, X7 ata adının Əlikram, X14 ata adının Əlikram kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi, X9, Rəhmanova (nikahdan sonra Mahmudova) Xatirə Əkrəm qızı və X16 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar