Məhkəmə qərarları › İş №2(037)-1053/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1053/2021

24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1053/2021 24.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 oğlunun “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 24 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2, Əliyeva (Aslanova) Pərvanə Ramiz qızı, X7 və Ərizəçi3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248F KOD 40719028 nömrəli şəhadətnamə və “Torpağa mülkiyyət hüququna dair” JN-0338 KOD 40719028 nömrəli dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-248F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu, X8, X6, X7 və Ərizəçi3 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0338 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu, Ərizəçi2, X6, X7 və X2 mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə və Dövlət aktında onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Əlikram”, arvadının isə adı “Yeganə” əvəzinə “Yavalə”, Dövlət aktında onun ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq səhvən “Əlikram”, oğlunun isə adı “Əkrəm” əvəzinə “Əlikram” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun ata adında və arvadının adında, həmçinin Dövlət aktında onun ata adında və oğlunun adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Şəhadətnamədə mülkiyyətçi kimi onun ata adının və arvadının adının, həmçinin Dövlət aktında onun ata adının və oğlunun adındakı yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, onun, arvadının və oğlunun şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki adları və ata adları ilə Şəhadətnamə və Dövlət aktındakı adları və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə və Dövlət aktında qeyd edilən ad, soyad və ata adlarının onlara məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasında Ərizəçi1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları və ərizədə qeyd olunanları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 17.11.2011-ci il tarixli,seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1961-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Əliyev X3 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 12.10.2015-ci il tarixli,seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Əliyeva X4 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 10.12.2019-cu il tarixli, seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Əliyev X5 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan 03.02.2002-ci il tarixli JN-0338 kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakinləri Ərizəçi1 Əlikram oğlu,Ərizəçi2, X6, X7 və X2 mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 1.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 10990 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət Aktının bir nüsxəsi Ərizəçi1 Əlikram oğluna verilmişdir. İş materiallarında olan 18.02.2006-cı il tarixli JN-248F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair”şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakinləri Ərizəçi1 Əlikram oğlu, X8, X6, X7 və Ərizəçi3 mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.06 hektar həyətyanı torpaq sahəsi verilib. Şəhadətnamə 13145 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi Ərizəçi1 Əlikram oğluna verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-248F Kod 40719028 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu, X8, X6, X7 və Ərizəçi3 mülkiyyətinə verilmişdir. Bundan əlavə AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0338 Kod 40719028 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu, Ərizəçi2, X6, X7 və X2 mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə ərizəçilər Ərizəçi1 ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Şəhadətnamədə səhvən ata adı “Əlikram” kimi, digər Ərizəçi2 adı isə həmin vaxt “Yeganə” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Yavalə” kimi, Dövlət aktında isə ərizəçilər Ərizəçi1 ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Əlikram” kimi, digər Ərizəçi3 adı isə həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Əlikram” kimi qeyd olunmuşdur. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-248F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, X6, X7 və Ərizəçi3 mülkiyyətinə verilməsinə dair JN-248F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 ata adının “Əlikram”, digər Ərizəçi2 isə adının “Yavalə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Əliyeva (Aslanova) Pərvanə Ramiz qızı, X7, Ərizəçi3, Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 17.11.2021-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 12.10.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0338 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.37 hektar torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, X6, X7 və Ərizəçi3 mülkiyyətlərinə verilməsinə dair JN-0338 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi1 ata adının “Əlikram”, digər Ərizəçi3 isə adının “Əlikram” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2, Əliyeva (Aslanova) Pərvanə Ramiz qızı, X7, Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 17.11.2021-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi3 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 10.12.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-248F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, X6, X7 və Ərizəçi3 mülkiyyətinə verilməsinə dair JN-248F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 ata adının “Əlikram”, digər Ərizəçi2 isə adının “Yavalə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Əliyeva (Aslanova) Pərvanə Ramiz qızı, X7, Ərizəçi3, Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 17.11.2021-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 12.10.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0338 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.37 hektar torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, X6, X7 və Ərizəçi3 mülkiyyətlərinə verilməsinə dair JN-0338 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi1 ata adının “Əlikram”, digər Ərizəçi3 isə adının “Əlikram” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2, Əliyeva (Aslanova) Pərvanə Ramiz qızı, X7, Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 17.11.2021-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi3 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 10.12.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. ” Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar