Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1053/2023 30.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 30 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 29 yanvar 1999-cu il tarixli 65 nömrəli saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 29 yanvar 1999-cu il tarixli 65 nömrəli saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyad, ad və ata adı “Ərizəçi1” əvəzinə səhvən “X2”, digər ailə üzvləri “X10”nın soyadı səhvən “Şıxalıyeva” və “Şıxaliyeva Hicran Ağaismayıl qızı”nın soyadı “Şıxalıyeva” kimi yazılmışdır. Onların ailəsində Məhbubə adlı şəxs olmamışdır. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yol verilmiş səhvlər həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün nümayəndəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN- 013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi kimi onun soyad, ad və ata adının, digər ərizəçilərin isə soyadlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adı ilə JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan soyad, ad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Ərizəçi2 iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçilər onun bacılarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq anasının və bacılarının birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X10”nın soyadı “Şıxalıyeva”, “Ərizəçi1”nın soyad, ad və ata adı “X2”, “Şıxaliyeva Hicran Ağaismayıl qızı”nın soyadı “Şıxalıyeva” kimi yazılmışdır. Onların ailəsində Məhbubə adlı şəxs olmamışdır. Həmin dövlət aktının və şəhadətnamənin ərizəçilərə və anasına məxsus olmasını təsdiq edir. X8 X1 ilə eyniməzmunlu ifadə verərək JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə və X6 məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonun Qıçatan kəndində anadan olmuş, İsmayıllı rayonun Qıçatan kəndində yaşayan şəxs Ərizəçi1dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxx 1971-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonun Qıçatan kəndində yaşayan şəxs Ərizəçi2dır. 01 sentyabr 1998-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Şıxaliyeva Hicran Ağaismayıl qızı arasında 01 sentyabr 1998-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. AZ-İ seriyalı 206537 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X10 10 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X11, X2 və Şıxalıyeva Hicran Ağaismayıl qızı kimi qeyd olunmuşdur. JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X11, X2 və Şıxalıyeva Hicran Ağaismayıl qızı kimi qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli 176 nömrəli arayışdan görünür ki, JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin soyad, ad və ata adı səhv olaraq X3 yazılmışdır. Şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1 yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 3-21-3-42/2-Ş-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi1 nümayəndəsi Bəhərçin Hətəmov JN-013G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyad səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X19 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN- 0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1999-cu il tarixli 65 nömrəli qərarına uyğun olaraq X10, Ərizəçi1 və Şıxaliyeva Hicran Ağaismayıl qızının birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi “X10”nın soyadı “Şıxalıyeva”, mülkiyyətçi “Ərizəçi1”nın soyad, ad və ata adı “X2”, mülkiyyətçi “Şıxaliyeva Hicran Ağaismayıl qızı”nın soyadı “Şıxalıyeva” kimi yazılmışdır. Mülkiyyətçi Şıxaliyeva Hicran Ağaismayıl qızı 01 sentyabr 1998-ci il tarixdə X13 ilə ailə qurmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Zeynalova soyadını götürmüşdür. Mülkiyyətçi X10 10 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. JN-0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN- 0027 nömrəli kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X10”nın soyadının “Şıxalıyeva”, “Ərizəçi1”nın soyad, ad və ata adının “X2”, “Şıxaliyeva Hicran Ağaismayıl qızı”nın soyadının “Şıxalıyeva” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədlərin X10 (AZ-İ seriyalı 206537 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və Şıxaliyeva (nikahdan sonra Zeynalova) Hicran Ağaismayıl qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1999-cu il tarixli 65 nömrəli saylı qərarına əsasən İsmayıllı rayonun Qıçatan kəndində yerləşən 2,63 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,17 hektar həyətyanı torpaq sahələrinin X10, Ərizəçi1 və Şıxaliyeva Hicran Ağaismayıl qızının birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-0027 nömrəli Kod 40722048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-013G nömrəli Kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X10”nın soyadının “Şıxalıyeva”, “Ərizəçi1”nın soyad, ad və ata adının “X2”, “Şıxaliyeva Hicran Ağaismayıl qızı”nın soyadının “Şıxalıyeva” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədlərin X10 (AZ-İ seriyalı 206537 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və Şıxaliyeva (nikahdan sonra Zeynalova) Hicran Ağaismayıl qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1053/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1053/2023
30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver