Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1055/2023 03.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçilər Ərizəçi3 Maarı̇ f oğlunun, Xuduyeva Mahı̇ rə Əfraz qızının Ərizəçi4 Əlı̇ baba qızının Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi3 Maarı̇ f oğlu, Xuduyeva Mahı̇ rə Əfraz qızı, Ərizəçi4 Əlı̇ baba qızı, Maarı̇ fli Mürşüd Davud oğlu, Xudı̇ yeva Ofelya Novruz qızı və Ərizəçi1 İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi3 Maarı̇ f oğlu, Xuduyeva Mahı̇ rə Əfraz qızı, Ərizəçi4 Əlı̇ baba qızı, Maarı̇ fli Mürşüd Davud oğlu, Xudı̇ yeva Ofelya Novruz qızı və Ərizəçi1 ərizə ilə müraciət edərək 29 yanvar 2002-ci il tarixli JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara, Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin fevral ayında verilmiş 166 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun Ərizəçi4 Əlı̇ baba qızına məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, birgə mülkiyyətlərində olan torpaq sahəsi barəsində tərtib olunmuş JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi4 Əlı̇ baba qızının soyadı səhvən Xudiyeva, mülkiyyətçi Xuduyeva Mahı̇ rə Əfraz qızının soyadı səhvən Xudiyeva, mülkiyyətçi Maarı̇ fli Mürşüd Davud oğlunun soyadı səhvən Xudiyev, mülkiyyətçi Ərizəçi1 soyadı səhvən Xudiyeva, mülkiyyətçi Ərizəçi3 Maarı̇ f oğlunun soyadı səhvən Xudiyev kimi yazılmışdır. Bundan başqa Ərizəçi4 Əlı̇ baba qızının mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair 1988-ci ilin fevral ayında Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş inventar nömrəsi 166 olan yaşayış evinin texniki pasportunda mülkiyyətçinin soyad və adı X1 qeyd olunmuşdur. Torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçilərin soyadları və ata adı, fərdi yaşayış evinin texniki pasportunda isə mülkiyyətçinin soyad və ata adında uyğunsuzluq olduğundan ərizəçilər mülkiyyət hüquqlarından istifadə edə bilmirlər. Qeyd olunan səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət olunmuş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. Ona görə də JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara, Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin fevral ayında verilmiş 166 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun Ərizəçi4 Əlı̇ baba qızına məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi3, Mahı̇ rə Xuduyeva, Ərizəçi4 və Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Maarı̇ fli Mürşüd Davud oğlu, Xudı̇ yeva Ofelya Novruz qızına və onlara, Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin fevral ayında verilmiş 166 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun Ərizəçi4 Əlı̇ baba qızına məxsus olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Digər ərizəçilər Maarı̇ fli Mürşüd Davud oğlu və Xudı̇ yeva Ofelya Novruz qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. İşə ərizəçilər Davud Maarı̇ fli və Ofelya Xudı̇ yevanın iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə işdə iştirak edən ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxx 1939-cu il tarixdə İsmayıllı rayonun Bizlan kəndində anadan olmuş, İsmayıllı rayonun Bizlan kəndində yaşayan şəxs Ərizəçi4dır. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1960-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, İsmayıllı rayonun Tircan kəndində yaşayan şəxs Ərizəçi5dır. -Vİ-ЖГ seriyalı 283395 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi5 arasında 28 iyul 1981-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Xudiyev, arvada Xudiyeva soyadı verilmişdir. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1976-cı il tarixdə İsmayıllı rayonun Xankəndi kəndində anadan olmuş, İsmayıllı rayonun Bizlan kəndində yaşayan şəxs Ərizəçi6dır. -V-ЖГ seriyalı 411383 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 ilə X4 arasında 05 dekabr 1994-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Xudiyev, arvada Xuduyeva soyadı verilmişdir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonun Bizlan kəndində anadan olmuş, İsmayıllı rayonun Bizlan kəndində yaşayan şəxs Ərizəçi2dur. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxxxxx 1998-ci il tarixdə İsmayıllı rayonun Bizlan kəndində anadan olmuş, İsmayıllı rayonun Bizlan kəndində yaşayan şəxs Ərizəçi1dır. -AZ-İİ seriyalı 255 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında 04 iyul 2018-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Novrzov, arvada Novruzova soyadı verilmişdir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxxx 1971-ci il tarixdə İsmayıllı rayonun Bizlan kəndində anadan olmuş, İsmayıllı rayonun Bizlan kəndində yaşayan şəxs Ərizəçi3dur. -JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X7, Ərizəçi5, X8, X12, X9 və X2 qeyd olunmuşdur. -Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin fevral ayında tərtib olunmuş 166 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, texniki pasportda mülkiyyətçinin soyad, ad və ata adı X1 qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 3-21-3-42/2-X-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, ərizəçi Mahirə Xudiyeva JN-013F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmişlər, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X20 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-013G nömrəli kod 40722048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında işdə iştirak edən ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mülkiyyətçilər Ərizəçi3 Maarı̇ f oğlu, Xuduyeva Mahı̇ rə Əfraz qızı, Ərizəçi4 Əlı̇ baba qızı, Maarı̇ fli Mürşüd Davud oğlu, Xudı̇ yeva Ofelya Novruz qızı və Ərizəçi1 birgə mülkiyyətlərində olan torpaq sahəsi barəsində tərtib olunmuş JN- 013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi4 Əlı̇ baba qızının soyadı səhvən Xudiyeva, mülkiyyətçi Xuduyeva Mahı̇ rə Əfraz qızının soyadı səhvən Xudiyeva, mülkiyyətçi Maarı̇ fli Mürşüd Davud oğlunun soyadı səhvən Xudiyev, mülkiyyətçi Ərizəçi1 soyadı səhvən Xudiyeva, mülkiyyətçi Ərizəçi3 Maarı̇ f oğlunun soyadı səhvən Xudiyev kimi yazılmışdır. Bundan başqa Ərizəçi4 Əlı̇ baba qızının mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin yanvar ayında 166 inventar nömrə ilə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda mülkiyyətçinin soyad, ad və ata adı X1 qeyd olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyadları, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda mülkiyyətçinin soyad və ata adında uyğunsuzluq olduğundan ərizəçilər qanunla müəyyən olunmuş mülkiyyət hüquqlarından istifadə edə bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı mülkiyyətçi Mahirə Xudiyeva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və onlara məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Hazırki vəziyyətdə qeyd edilən sənədlərdə düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədlərin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Bu səbəbdən də JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Ərizəçi4 Əlı̇ baba qızının soyadının Xudiyeva, Xuduyeva Mahı̇ rə Əfraz qızının soyadının Xudiyeva, Maarı̇ fli Mürşüd Davud oğlunun soyadının Xudiyev, Ərizəçi1 soyadının Xudiyeva, Ərizəçi3 Maarı̇ f oğlunun soyadının Xudiyev, fərdi yaşayış evinə dair Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin yanvar ayında 166 inventar nömrə ilə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda mülkiyyətçi Ərizəçi4 Əlı̇ baba qızının soyadının Xuduyev, ata adının Əlbaba kimi qeyd edilməsinin düzgün olmaması, JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi3 Maarı̇ f oğlu (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Xuduyeva Mahı̇ rə Əfraz qızı (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi4 Əlı̇ baba qızı (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Maarı̇ fli Mürşüd Davud oğlu (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Xudı̇ yeva Ofelya Novruz qızı (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) və Maarifli (nikahdan sonra Novruzova) Solmaz Davud qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), fərdi yaşayış evinə dair Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin yanvar ayında 166 inventar nömrə ilə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun Ərizəçi4 Əlı̇ baba qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 46 saylı qərarına əsasən İsmayıllı rayonun Bizlan kəndində yerləşən 0,26 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi3 Maarı̇ f oğlu, Xuduyeva Mahı̇ rə Əfraz qızı, Ərizəçi4 Əlı̇ baba qızı, Maarı̇ fli Mürşüd Davud oğlu, Xudı̇ yeva Ofelya Novruz qızı və Ərizəçi1 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-013F Kod 40726028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni Ərizəçi4 Əlı̇ baba qızının soyadının Xudiyeva, Xuduyeva Mahı̇ rə Əfraz qızının soyadının Xudiyeva, Maarı̇ fli Mürşüd Davud oğlunun soyadının Xudiyev, Ərizəçi1 soyadının Xudiyeva, Ərizəçi3 Maarı̇ f oğlunun soyadının Xudiyev kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi3 Maarı̇ f oğlu (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Xuduyeva Mahı̇ rə Əfraz qızı (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi4 Əlı̇ baba qızı (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Maarı̇ fli Mürşüd Davud oğlu (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Xudı̇ yeva Ofelya Novruz qızı (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) və Maarifli (nikahdan sonra Novruzova) Solmaz Davud qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci ilin fevral ayında verilmiş 166 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda mülkiyyətçi Ərizəçi4 Əlı̇ baba qızının soyadının Xuduyev, ata adının Əlbaba kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi4 Əlı̇ baba qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1055/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1055/2023
03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver