Məhkəmə qərarları › İş №2(037)-1057/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1057/2021

01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1057/2021 01.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 01 dekabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə Ərizəçi1, X8, Ərizəçi2 və X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-365A KOD 40719028 nömrəli şəhadətnamə və “Torpağa mülkiyyət hüququna dair” JN-0339 KOD 40719028 nömrəli dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-365A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu, X8, X5 və X3 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN- 0339 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu və X7 mülkiyyətinə verilmişdir.Yuxanda qeyd edilən Şəhadətnamədə və Dövlət aktında onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Əlikram”, qızı Gülnarənin isə adı “Gülnarə” əvəzinə “Gülnar”, Dövlət aktında onun ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq səhvən “Əlikram” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun ata adında və qızı Gülnarənin adında, həmçinin Dövlət aktında onun ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Şəhadətnamədə mülkiyyətçi kimi onun ata adının və qızı Gülnarənin adının, həmçinin Dövlət aktında onun ata adındakı yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, onun və qızı Gülnarənin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki adları və ata adları ilə Şəhadətnamə və Dövlət aktındakı adları və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə və Dövlət aktında qeyd edilən ad, soyad və ata adlarının onlara məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ərizəçi1 təmsil etmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X9 göstərdi ki, ərizəçilərdən Mübariz qardaşı, Gülnarə isə qardaşı qızıdır.Qardaşı Mübarizə və ailə üzvlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) JN-365A Kod 40719028 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu, X8, X5 və X3 mülkiyyətinə verilmişdir. Bundan əlavə AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0339 Kod 40719028 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu və X7 mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamədə qardaşı Mübarizin ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq səhvən “Əlikram”, digər ərizəçi qardaşı qızı Gülnarənin isə adı həmin vaxt “Gülnarə” olmasına baxmayaraq “Gülnar” kimi, Dövlət aktında isə qardaşı Mübarizin ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq səhvən ata adı “Əlikram” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 01.08.2016-cı il tarixli,seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1966-cı il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Əliyev X4 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 12.10.2015-ci il tarixli,seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Əliyeva X1 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan 05.03.2002-ci il tarixli JN-0339 kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakinləri Ərizəçi1 Əlikram oğlu və X7 mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 10991 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir.Dövlət Aktının bir nüsxəsi Ərizəçi1 Əlikram oğluna verilmişdir. İş materiallarında olan 12.09.2006-cı il tarixli JN-365A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakinləri Ərizəçi1 Əlikram oğlu, X8, X5 və X3 mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.06 hektar həyətyanı torpaq sahəsi verilib. Şəhadətnamə 13262 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi Ərizəçi1 Əlikram oğluna verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X12 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir.Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-365A Kod 40719028 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu, X8, X5 və X3 mülkiyyətinə verilmişdir. Bundan əlavə AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN- 0339 Kod 40719028 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1 Əlikram oğlu və X7 mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə ərizəçilər Ərizəçi1 ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Şəhadətnamədə səhvən ata adı “Əlikram” kimi, digər Ərizəçi2 adı isə həmin vaxt “Gülnarə” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Gülnar” kimi, Dövlət aktında isə Ərizəçi1 ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Əlikram” kimi qeyd olunmuşdur. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-365A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi1 Əlikram oğlu, X8, X5 və X3 mülkiyyətinə verilməsinə dair JN-365A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 ata adının “Əlikram”, digər Ərizəçi2 isə adının “Gülnar” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin həmin sənədin X8, X6, Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 01.08.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 12.10.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0339 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.55 hektar torpaq sahəsinin Ərizəçi1 Əlikram oğlu və X7 mülkiyyətlərinə verilməsinə dair JN-0339 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi1 ata adının “Əlikram” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 və Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 01.08.2016-cı il tarixli,AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-365A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi1 Əlikram oğlu, X8, X5 və X3 mülkiyyətinə verilməsinə dair JN-365A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 ata adının “Əlikram”, digər Ərizəçi2 isə adının “Gülnar” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8, X6, Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 01.08.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 12.10.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0339 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.55 hektar torpaq sahəsinin Ərizəçi1 Əlikram oğlu və X7 mülkiyyətinə verilməsinə dair JN-0339 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktında Ərizəçi1 ata adının “Əlikram” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 və Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 01.08.2016-cı il tarixli,AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. ” Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar