Məhkəmə qərarları › İş №2(037)-1067/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1067/2021

25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1067/2021 25.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçilər Ərizəçi, X19 və X5 “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 25 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi, X19 və X14 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarı ilə 2.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininn mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-114 KOD 40708018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarı ilə 0.22 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-074A KOD 40708018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi, X8, X19, X14 və Şıxıyeva (Həlimova) Gülarə Atamalı qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-114 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra Dövlət aktı adlandırılacaq) əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X12, X14, Ərizəçi və X6 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-074A Kod 40708018 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 0.22 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 0.22 ha torpaq sahəsi X8, X9, X17, X18 və X6 mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət aktında və Şəhadətnamədə onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Anası Dilyarənin adı həmin vaxt “Dilyarə” olmasına baxmayaraq Dövlət aktında səhvən “Dilarə”, ata adı isə “Nuru” əvəzinə “Nurəddin”, Şəhadətnamədə isə anası Dilyarənin ata adı həmin vaxt “Nuru” olmasına baxmayaraq səhvən “Nurəddin”, bacısı Hökümənin isə adı “Hökümə” əvəzinə “Hökmə” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Dövlət aktında anası Dilyarənin adında və ata adında, həmçinin Şəhadətnamədə anası Dilyarənin ata adında və bacısı Hökümənin adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Dövlət aktında anası Dilyarənin adında və ata adında, həmçinin Şəhadətnamədə anası Dilyarənin ata adında və bacısı Hökümənin adında olan yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, anasının və bacısının şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki adları və ata adları ilə Dövlət aktındakı və Şəhadətnamədəki adları və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktında və Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adlarının onlara məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər X19 və X14 məhkəmə iclasında Ərizəçi izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları və ərizədə qeyd olunanları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 göstərdi ki, ərizəçilərdən Dilyarə arvadı, Təşkilat oğlu və Hökümə isə qızıdır. Ona və ailə üzvlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-114 Kod 40708018 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və AİK-nın 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-074A Kod 40708018 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 0.22 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında arvadı Dilyarənin adı həmin vaxt “Dilyarə” olmasına baxmayaraq səhvən “Dilarə”, ata adı isə “Nuru” olmasına baxmayaraq “Nurəddin” kimi, Şəhadətnamədə isə arvadı Dilyarənin ata adı həmin vaxt “Nuru” olmasına baxmayaraq səhvən ata adı “Nurəddin” kimi, qızı Hökümənin adı isə həmin vaxt “Hökümə” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Hökmə” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şıxıyeva (Həlimova) Gülarə Atamalı qızı göstərdi ki, ərizəçilərdən Dilyarə onun anası, Təşkilat qardaşı, Hökümə isə bacısıdır. Ona və ailə üzvlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-114 Kod 40708018 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və AİK-nın 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-074A Kod 40708018 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 0.22 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında anası Dilyarənin adı həmin vaxt “Dilyarə” olmasına baxmayaraq səhvən “Dilarə”, ata adı isə “Nuru” olmasına baxmayaraq “Nurəddin” kimi, Şəhadətnamədə isə anası Dilyarənin ata adı həmin vaxt “Nuru” olmasına baxmayaraq səhvən ata adı “Nurəddin” kimi, bacısı Hökümənin adı isə həmin vaxt “Hökümə” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Hökmə” kimi yazılmışdır. Məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 22.10.2010-cu il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1973-cü il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş Şıxıyev X4 rayonu, Zərnava kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 23.04.2015-ci il tarixli,seriya AZE № 15026732 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.05.1962-ci il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş X1 rayonu, Zərnava kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 27.08.2005-ci il tarixli,seriya AZE № 03341582 saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, 20.11.1936-cı il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş X2 rayonu, Zərnava kəndində qeydiyyatdadır. İş materiallarında olan 10.05.1999-cu il tarixli JN-114 kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 02 iyun 1998-ci il tarixli 59 saylı qərarı ilə İsmayıllı rayonu, Yuxarı Zərnava kənd sakinləri X8, X12, X14, Ərizəçi və X6 mülkiyyətlərinə İsmayıllı rayonu, Yuxarı Zərnava kəndi ərazisindən 2.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 3694 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət Aktının bir nüsxəsi X3 verilmişdir. İş materiallarında olan 30.05.2003-cü il tarixli JN-074A Kod 40708018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİKnın 02 iyun 1998-ci il tarixli 59 saylı qərarı ilə İsmayıllı rayonu, Zərnava kənd sakinləri X8, X9, X17, X18 və X6 mülkiyyətlərinə İsmayıllı rayonu, Zərnava kəndi ərazisindən 0.22 hektar həyətyanı torpaq sahəsi verilib. Şəhadətnamə 3941 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X3 verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X28 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi,Şəhadətnaməni və Dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər Şəhadətnamədəki və Dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-114 Kod 40708018 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X12, X14,Ərizəçi və X6 mülkiyyətlərinə verilmişdir. Bundan əlavə AİK-nın 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-074A Kod 40708018 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 0.22 ha torpaq sahəsi X8, X9, X17, X18 və X6 mülkiyyətinə verilmişdir. Sözügedən Dövlət aktında ərizəçi X13 adı həmin vaxt “Dilyarə” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Dilarə”, ata adı isə “Nuru” olmasına baxmayaraq “Nurəddin” kimi, Şəhadətnamədə isə ərizəçilər X13 ata adı həmin vaxt “Nuru” olmasına baxmayaraq Şəhadətnamədə səhvən ata adı “Nurəddin” kimi, digər ərizəçi X5 adı isə həmin vaxt “Hökümə” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Hökmə” kimi qeyd olunmuşdur. Həmin Dövlət aktında və şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-114 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Yuxarı Zərnava kəndində yerləşən 2.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8, X19, X14, Ərizəçi və X6 mülkiyyətinə verilməsinə dair JN- 114 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında ərizəçi X13 adının “Dilarə”, ata adının “Nurəddin” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8, X14, Ərizəçi, Şıxıyeva (Həlimova) Gülarə Atamalı qızı və X15 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 27.08.2005-ci il tarixli, AZE № 03341582 saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-074A Kod 40708018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 0.22 hektar həyətyanı torpaq sahəsinin X8, X19, X14, X18 və X6 mülkiyyətlərinə verilməsinə dair JN- 074A Kod 40708018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ərizəçi X13 ata adının “Nurəddin”, digər ərizəçi X5 isə adının “Hökmə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8, X18, Şıxıyeva (Həlimova) Gülarə Atamalı qızı, X15 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 27.08.2005-ci il tarixli, AZE № 03341582 saylı şəxsiyyət vəsiqəsi) və X10 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 23.04.2015-ci il tarixli, AZE № 15026732 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-114 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İsmayıllı rayonu, Yuxarı Zərnava kəndində yerləşən 2.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8, X19, X14, Ərizəçi və X6 mülkiyyətlərinə verilməsinə dair JN- 114 Kod 40708018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçi X13 adının “Dilarə”,ata adının “Nurəddin” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8, X14, Ərizəçi, Şıxıyeva (Həlimova) Gülarə Atamalı qızı və X15 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 27.08.2005-ci il tarixli, AZE № 03341582 saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 59 saylı qərarına əsasən JN-074A Kod 40708018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Zərnava kəndində yerləşən 0.22 hektar həyətyanı torpaq sahəsinin X8, X19, X14, X18 və X6 mülkiyyətinə verilməsinə dair JN- 074A Kod 40708018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçi X13 ata adının “Nurəddin”, digər ərizəçi X5 isə adının “Hökmə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8, X18, Şıxıyeva (Həlimova) Gülarə Atamalı qızı, X15 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 27.08.2005-ci il tarixli, AZE № 03341582 saylı şəxsiyyət vəsiqəsi) və X10 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 23.04.2015-ci il tarixli, AZE № 15026732 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar