Məhkəmə qərarları › İş №2(037)-107/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-107/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-107/2023 23.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 04 iyul 2001-ci il tarixli 125 nömrəli qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0017 Kod 40709028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X5, X9, X10 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 04 iyul 2001-ci il tarixli 125 nömrəli qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0017 Kod 40709028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında onun ata adı həmin vaxt Həmid olmasına baxmayaraq səhvən Kamil, oğlunun soyad, ad və ata adı həmin vaxt “Ərizəçi2” olmasına baxmayaraq səhvən “X7” kimi yazılmışdır. Qardaşının adı Kamil olduğundan Dövlət Aktında onun ata adı qardaşının adına uyğun Kamil kimi yazılmışdır. Bundan başqa onların ailəsində və yaxın qohumlarında Samirə adlı qız uşağı olmamışdır. İslahat aparılarkən onların ailəsində torpaq payı alacaq şəxslərin siyahısı onlardan heç bir sənəd tələb olunmadan səhv tərtib edilmişdir. «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında onun ata adının, oğlunun isə soyad, ad və ata adının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün oğlu Ərizəçi2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktındakı yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında onun və digər mülkiyyətçilərin soyad, ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və oğlunun şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adları ilə dövlət aktındakı soyad, ad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək JN-0017 Kod 40709028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun anası,digər Ərizəçi2 isə qardaşıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq ərizəçilərin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0017 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında anasının ata adı həmin vaxt Həmid olmasına baxmayaraq səhvən Kamil, qardaşının soyad, ad və ata adı həmin vaxt “Ərizəçi2” olmasına baxmayaraq səhvən “X7” kimi yazılmışdır. Anasının ata adı dayısının adına uyğun olaraq Kamil kimi yazılmışdır. Onların ailəsində Samirə adlı qız uşağı olmamışdır. Həmin dövlət aktının ərizəçilərə məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kəlbənd kənd sovetliyi tərəfindən verilmiş 01 sentyabr 1964-cü il tarixli AЗ 691347 nömrəli doğum haqqında şəhadətnamənin və İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2014-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 15 avqust 1964-cü il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində doğulmuş, İsmayıllı rayonun Külüllü kəndində yaşayan şəxs Ərizəçi1dır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2011-ci il tarixli AZE seriyalı 08514205 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10 sentybr 1961-ci il tarixdə İsmayıllı rayonun Külüllü kəndində doğulmuş, İsmayıllı rayonun Külüllü kəndində yaşayan şəxs X3r. İş materiallarında olan İsmayıllı rayon İvanovka kənd icra ümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2009-cu il tarixli AZ-İİ 300374 nömrəli doğum haqqında şəhadətnamənin və İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2013-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxx 1988-ci il tarixdə İsmayıllı rayonun Külüllü kəndində doğulmuş, İsmayıllı rayonun Külüllü kəndində yaşayan şəxs Ərizəçi2dur. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli pasportun surətindən görünür ki, 19 iyul 1986-cı il tarixdə İsmayıllı rayonun Külüllü kəndində doğulmuş şəxs X6r. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 29 avqust 1990-cı il tarixdə doğulmuş şəxs X11r. İş materiallarında olan JN-0017 Kod 40709028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X5, Ərizəçi1 Kamil qızı, X9, X7 və X4 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli **********05 nömrəli məktubdan görünür ki, Ərizəçi2 JN-0017 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın İvanovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli 728 nömrəli arayışdan görünür ki, JN-0017 KOD 40709028 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 Kamil qızı və X1 yazılmışdır. Düzgün yazılış Ərizəçi1 və Ərizəçi2 olmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X14 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0017 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 nömrəli qərarına uyğun olaraq X5, Ərizəçi1, X9, Ərizəçi2 və X8 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 04 fevral 2002-ci il tarixli JN-0017 Kod 40709028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında “Ərizəçi1”nın ata adı “Kamil”, “Ərizəçi2”nun soyad, ad və ata adı “X7” kimi yazılmışdır. «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında soyad, da və ata adlarında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də 04 fevral 2002-ci il tarixli JN-0017 Kod 40709028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında “Ərizəçi1”nın ata adının “Kamil”, “Ərizəçi2”nun soyad, ad və ata adının “X7” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X5 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2011-ci il tarixli AZE seriyalı 08514205 saylı şəxsiyyət vəsiqəsinin surəti), Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2014-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), X9 (20 iyul 2021-ci il tarixli pasport), Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2013-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) və X10 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 nömrəli qərarına əsasən İsmayıllı rayonun Külüllü kəndində yerləşən 9,37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5, Ərizəçi1, X9, Ərizəçi2 və X8 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-0017 Kod 40709028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında “Ərizəçi1”nın ata adının “Kamil”, “Ərizəçi2”nun soyad, ad və ata adının “X7” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X5 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2011-ci il tarixli AZE seriyalı 08514205 saylı şəxsiyyət vəsiqəsinin surəti), Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2014-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), X9 (20 iyul 2021-ci il tarixli pasport), Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2013-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) və X10 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar