Məhkəmə qərarları › İş №2(037)-1070/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1070/2021

29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1070/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Ərizəçi "hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 29 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə Ərizəçi, X7, X11, X9 və X4 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-581A KOD 40718018 nömrəli şəhadətnamə və “Torpağa mülkiyyət hüququna dair” JN-178 KOD 40718018 nömrəli dövlət aktının Ərizəçi, X7, X11, X9 və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN- 581A Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu,Kürdmaşı kəndində yerləşən 0.13 ha torpaq sahəsi X5, X7, X11, X9 və X4 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-178 Kod 40718018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, X7, X11, X9 və X4 mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd edilən Şəhadətnamədə və Dövlət aktında ərizəçinin və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçinin adı həmin vaxt “Zenfira” olmasına baxmayaraq Şəhadətnamədə və Dövlət aktında səhvən “Zülfirə” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində ərizəçinin bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə ərizəçinin Şəhadətnamədə və Dövlət aktındakı adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçinin Şəhadətnamədə və Dövlət aktında mülkiyyətçi kimi adında olan yanlışlıqları digər formada aradan qaldırması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-581A KOD 40718018 nömrəli şəhadətnamə və “Torpağa mülkiyyət hüququna dair” JN-178 KOD 40718018 nömrəli dövlət aktının Ərizəçi, X7, X11, X9 və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 təmsil etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X9 ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 15.12.2006-cı il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1955-ci il tarixdə Göyçay rayonu, Alxasava kəndində doğulmuş Vəliyeva X2 rayonu, Kürdmaşı kəndində qeydiyyatdadır. İş materiallarında olan 16.08.1999-cu il tarixli JN-178 kod 40718018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı Rayon AİK-nın 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə İsmayıllı rayonu, Kürdmaşı kənd sakinləri X5, X7, X11, X9 və X4 mülkiyyətlərinə İsmayıllı rayonu, Kürdmaşı kəndi ərazisindən 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 6305 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət Aktının bir nüsxəsi X1 verilmişdir. İş materiallarında olan 01.08.2005-ci il tarixli JN-581A Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, İsmayıllı Rayon AİK-nın 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə İsmayıllı rayonu, Kürdmaşı kənd sakinləri X5, X7, X11, X9 və X4 mülkiyyətlərinə İsmayıllı rayonu, Kürdmaşı kəndi ərazisindən 0.13 hektar həyətyanı torpaq sahəsi verilib. Şəhadətnamə 9700 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X1 verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi,Şəhadətnaməni və Dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki və Dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-581A Kod 40718018 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0,13 ha torpaq sahəsi X5, X7, X11, X9 və X4 mülkiyyətinə verilmişdir. Bundan əlavə AİKnın 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-178 Kod 40718018 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, X7, X11,X9 və X4 mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə və Dövlət aktında Ərizəçi adı həmin vaxt “Zenfira” olmasına baxmayaraq Şəhadətnamədə və Dövlət aktında səhvən adı “Zülfirə” kimi qeyd olunmuşdur. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-581A Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi, X7, X11, X9 və X4 mülkiyyətinə verilməsinə dair JN-581A Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi adının “Zülfirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7, X11, X9, X8 və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 15.12.2006-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-178 Kod 40718018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 1.92 hektar torpaq sahəsinin Ərizəçi, X7, X11, X9 və X4 mülkiyyətlərinə verilməsinə dair JN-178 Kod 40718018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi adının “Zülfirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7, X11, X9, X8 və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 15.12.2006-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-581A Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi,X7, X11, X9 və X4 mülkiyyətlərinə verilməsinə dair JN- 581A Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi adının “Zülfirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7, X11, X9, X8 və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 15.12.2006-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-178 Kod 40718018 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi, X7, X11, X9 və X4 mülkiyyətlərinə verilməsinə dair JN-178 Kod 40718018 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktında Ərizəçi adının “Zülfirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7, X11, X9, X8 və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 15.12.2006-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. ” Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar