Məhkəmə qərarları › İş №2(037)-1071/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1071/2023

13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1071/2023 13.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 13 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh yaşadığı evdən təbii qazdan istifadəyə görə yaranmış 1370,5 manat borc və 34,11 manat dövlət rüsumunun alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə göndərərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edirəm ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat 71 (yetmiş bir) qəpik dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 04 sentyabr 2023-cü il tarixdə ödənilmiş 33 (otuz üç) manat 71 (yetmiş bir) qəpik dövlət rüsumu tam şəkildə İddiaçınə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar