Məhkəmə qərarları › İş №2(037)-1072/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1072/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1072/2023 15.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 15 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1613,76 manat borcun və 36,54 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı tərəfindən **********00510 nömrəli abonent koduma işlənmiş itirilmiş təbii qazın dəyəri olan 1555,20 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı/cavabdeh İddiaçı nümayəndəsi və cavabdeh/iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh/iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi ərizədə işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı/cavabdeh İddiaçı nümayəndəsi və cavabdeh/iddiaçı Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılması qərarı almışdır. İddiaçı/cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə 1613,76 manat məbləğində borcu yaranmışdır. Cavabdeh İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş və mübahisələndirməmişdir. Sonuncu dəfə 31 avqust 2023-cü il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin yaranmış borc məbləği tam şəkildə ödənilməmişdir. Təbii qazdan istifadəyə görə yaranmış 1613,76 manat borcun və 36,54 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh/iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 oktyabr 2022-ci il tarixdə İddiaçı tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı 25753362 nömrəli sayğaca baxış keçirilmişdir. Həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək sayğac açılaraq götürülmüş və əvəzində yeni sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən göndərilmiş 10 may 2023-cü il tarixli ******* nömrəli təbii X1nın pozulması haqqında aktda qeyd edilmişdir ki, İddiaçı İB-nin G-4 markalı 25753362 nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və tərtib olunmuş aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmiş və təbii qaz itkisi yaranmışdır. Ona görə də 10 may 2023-cü il tarixdə tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnaməyə uyğun qərar qəbul edilərək 12960 kub metr itirilmiş təbii qaz onun abonent koduna işlənmiş və həmin miqdarda təbii qazın dəyəri olan 1555,20 manat debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödəmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi imkanı olmamışdır. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılmasınin və dəyişdirilməsinin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğundan dəyişdirilmiş sayğacın dəyərinin ondan tələb edilməsini də əsasız hesab edir. Cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 1555,20 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflər arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli, 4203 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 27 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 27 oktyabr 2022-ci il tarixdə Cavabdeh İsmayıllı rayonu Quşencə kəndi ünvanında yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İddiaçı İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK-14-2-2/3-5-4230 nömrəli aktın surətindən müəyyən edilir ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış G-4 markalı 25753362 nömrəli sayğaca 29 aprel 2022-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi və təbii qaz itkisi yarandığı aşkar edilmişdir. İddiaçı İB-nin “Təbii X1nın pozulması haqqında” 10 may 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi və 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı Cavabdeh imzalamamışdır. İddiaçı İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 10 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən edilir ki, tələbnamədə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmiş və həmçinin Cavabdeh tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Abonentin saldosunun surətindən müəyyən edilir ki, 2023-cü ilin avqust ayına Cavabdeh **********00510 nömrəli abonent koduna 1613,76 manat borc vurulmuşdur. 04 sentyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 36,14 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli, 4203 nömrəli müqaviləyə əsasən Cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 58,56 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi 1613,76 manat borcun ödənilməsi hissəsində qismən – 58,56 manat hissədə təmin olunmalıdır. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 27 oktyabr 2022-ci il tarixdə Cavabdeh İsmayıllı rayonu Quşencə kəndi ünvanında yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 10 may 2023-cü il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı Cavabdeh imzalamamışdır. İddiaçı İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 10 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Həmin tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kubmetr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi Cavabdeh tələb olunmuşdur. Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı 25753362 nömrəli sayğaca Cavabdeh və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə İddiaçı İB tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca İddiaçı İBin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca İddiaçı İB-in müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 12960 kub metr miqdarında, yəni 1555,20 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı İB tərəfindən Cavabdeh hesabına işlənmiş 12960 kubmetr itirilmiş təbii qazın dəyəri 1555,20 manat borcun silinməsi və Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, mülki iş üzrə iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Ödənilmiş 36,54 manat dövlət rüsumunun 6,54 manatı İddiaçı özünə aid edilməlidir. Bundan başqa hazırki iş üzrə qarşılıqlı iddia tələbinin təmin edilmiş məbləği 1555,20 manat olduğundan İddiaçındən həmin məbləğə uyğun olaraq 35,55 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 58,56 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 88 (səksən səkkiz) manat 56 (əlli altı) qəpik tutularaq İddiaçı hesabına ödənilsin. Mülki iş üzrə ödənilmiş 36,54 manat dövlət rüsumunun 6,54 manatı İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh **********00510 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc məbləği silinsin. İddiaçı Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. İddiaçındən 35 (otuz beş) manat 55 (əlli beş) qəpik dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar