Məhkəmə qərarları › İş №2(037)-1073/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1073/2023

14.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1073/2023 14.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1039,54 manat borcun və 30,8 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı tərəfindən **********00330 nömrəli abonent koduna vurulmuş 8640 kub metr təbii qazın dəyəri 1036,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 1039,54 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və X1nın tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent Cavabdeh hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə 31 avqust 2023-cü il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00330 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1039,54 manat borcun və 30,8 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbini 1039,54 manat borc məbləğinin yalnız 2,74 manat hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 2,74 manat borcu ödəyəcəkdir. İddiaçı ondan tələb etdiyi 1039,54 manat borcun 1036,8 manat isə sayğacın dəyişdirilməsi nəticəsində akt üzrə hesablanmış cərimədir. Belə ki, İddiaçı İB-nin tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən 28 iyun 2022-ci il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamamışdır. Bir müddət sonra İddiaçı İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının yan hissədən istilik nəticəsində əridiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Ona görə də 31 oktyabr 2022-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 8640 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamamışdır. Hesab edir ki, İddiaçı İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. O, iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 2,74 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. Qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 1036,8 manat borcun silinməsini və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X2 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2022-ci il tarixli AKX-04381xx/xx-2022 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı şəhəri 30 A kvartalında yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. - İddiaçı İB-nin “Təbii X1nın pozulması haqqında” 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 markalı qaz piltəsi vardır. Tərtib olunmuş aktı Cavabdeh imzalamamışdır. - İddiaçı İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının yan hissədən istilik nəticəsində əridiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8640 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. - 12 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, 2023-cü ilin avqust ayının sonuna Cavabdeh **********00330 nömrəli abonent koduna 1039,54 manat borc vurulmuşdur ki, həmin borcun 1036,8 manat hissəsi 2022-ci ilin oktyabr ayının sonuna akt üzrə hesablanmış borc, 2,74 manat hissəsi isə istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. - 31 avqust 2023-cü il tarixli 55/16 nömrəli xəbərdarlığın surətindən görünür ki, Nemət Vahbovdan 30 avqust 2023-cü il tarixə yaranmış 1039,54 manat borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 04 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı İB tərəfindən 30,4 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı İB-nin X2 İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2022-ci il tarixli AKX-04381xx/xx- 2022 nömrəli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh 2023-cü ilin avqust ayının sonuna istifadə etdiyi təbii qaza görə 2,74 manat borcu yaranmışdır. Eyni zamanda İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən 28 iyun 2022-ci il tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının yan hissədən istilik nəticəsində əridiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və təbii qaz itkisinin yarandığı aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı Cavabdeh imzalamamışdır. İddiaçı İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8640 kub metr müəyyən edilmiş, itirilmiş təbii qazın və sayğacın dəyərinin öpdənilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbinin təmin olunaraq Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1039,54 manat borcun və 30,8 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinin 2,74 manat borc hissəsinin təmin edilməsinə etiraz etmir, qaz sayğacına özü və ailə üzvləri tərəfindən müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək İddiaçı tərəfindən abonent koduna vurulmuş 8640 kub metr təbii qazın dəyəri 1036,8 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı tərəfindən qarşılıqlı iddia tələbinə dair münasibət bildirilməmişdir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh tələb olunan 1039,54 manat borc məbləğinin yalnız 2,74 manat hissəsi istifadə edilmiş təbii qazın dəyəri, həmin məbləğin 1036,8 manat hissəsi isə 2022-ci ilin oktyabr ayının sonuna akt üzrə hesablanmış borc olduğundan iddia tələbi qismən istifadə edilmiş təbii qazın dəyəri olan 2,74 manat təmin edilməlidir. Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca İddiaçı tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 8640 kub metr miqdarında, yəni 1036,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı İB tərəfindən Cavabdeh hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qazın dəyəri 1036,8 manat debitor borcun silinməsi və Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə İddiaçı tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək qeyd edir ki, ilkin iddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməlidir. Qarşılıqlı iddia tələbinin təmin edilmiş məbləği 1036,8 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30,37 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2 manat 74 qəpik borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 33 (otuz üç) manat 14 (on dörd) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh **********00330 nömrəli abonent koduna vurulmuş 8640 kub metr təbii qazın dəyəri 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik borc silinsin. Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. İddiaçındən 30 (otuz) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar