Məhkəmə qərarları › İş №2(037)-1075/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1075/2024

14.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1075/2024 14.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi Vəkil, Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 17 may 1978-ci il tarixdə doğulmuş, İsmayıllı şəhəri M.C.Paşayev küçəsi ev 2-də yaşayan bacısı Bağırova Raziyyə Məhəmməd qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Vəkil məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını qərara almışdır. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı Bağırova Raziyyə Məhəmməd qızı anadan gəlmə xəstə olmuş, psixi-fiziki inkişafdan qalmış, oliqofreniya kəskin nəzərə çarpan imbesillik diaqnozu olan əqli qüsurlu və fəaliyyət qabiliyyəti yoxdur. Ətrafında baş verən hadisələri dərk edə bilmir, yaxşı-pisi ayıra bilmir. Uzun müddət, yəni doğulduğu vaxtdan müalicələrlə yaşayır, amma yaxşılığa doğru heç bir inkişaf yoxdur. O, birinci dərəcəli əlildir və əlillik təqaüdü alır. X9 RMX Poliklinika Şöbəsinin "Ruhi-Əsəb" kabinetində "Keçirilmiş ensefalitin qalıq əlamətləri. Psixi-fiziki inkişafdan qeri qalma. Oliqofreniya kəskin nəzərə çarpan imbesillik. F80. 1 Nitq inkişafının spesfik pozuntusu" diaqnozu ilə qeydiyyatdadır. Valideynləri vəfat etdiyindən bacısı onunla yaşayır və bacısına bütün qulluğu o göstərir. Bacısı birinci qrup əlil kimi ömürlük pensiya təyin edilmişdir. Bacısı özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən bacısı 17 may 1978-ci il doğulmuş, İsmayıllı şəhəri M.C.Paşayev küçəsi ev 2 ünvanında qeydiyyatda olan Bağırova Raziyyə Məhəmməd qızının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək Bağırova Raziyyə Məhəmməd qızının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bağırova Raziyyə Məhəmməd qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 izahat verərək göstərdi ki, Bağırova Raziyyə Məhəmməd qızının barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxx 1970-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs Ərizəçidır. X1 və X4r. - V-ЖГ seriyalı 471136 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 15857580 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 17 may 1978-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, İsmayıllı şəhəri M.C.Paşayev küçəsi ev 2-də yaşayan şəxs Bağırova Raziyyə Məhəmməd qızıdır. X1 və X4r. - AZ-İİ seriyalı 391105 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. - AZ-İİ seriyalı 284694 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Bağırova Raziyyə Məhəmməd qızının sağlamlıq vəziyyəti 17 may 1996-cı il tarixdə qiymətləndirilərək ona “keçirilmiş ensefalitin qalıq əlamətləri. Psixi-fiziki inkişafdan geri qalma Oliqofreniya kəskin nəzərə çarpan imbesillik” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən 06 iyul 2024-cü il tarixdə verilmiş 442 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri M.C.Paşayev küçəsi 2 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Bağırova X3 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “keçirilmiş ensefalitin qalıq əlamətləri. Psixi-fiziki inkişafdan geri qalma. Oliqofreniya kəskin nəzərə çarpan imbesillik. F80.1 Nitq inkişafının spessfik pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 2807 nömrəli rəyindən görünür ki, Oliqofreniya, kəskin nəzərə çarpan imbesillik dərəcəsində diaqnozlu psixi pozuntu ilə əlaqədar Bağırova Raziyyə Məhəmməd qızı öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bağırova Raziyyə Məhəmməd qızı 17 may 1978-ci il tarixdə doğulmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. Raziyyə Bağırovanın sağlamlıq vəziyyəti 17 may 1996-cı il tarixdə qiymətləndirilərək ona “keçirilmiş ensefalitin qalıq əlamətləri. Psixi-fiziki inkişafdan geri qalma Oliqofreniya kəskin nəzərə çarpan imbesillik” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. X9 M.R.X-nın X2 “Ruhi-əsəb” kabinetində “keçirilmiş ensefalitin qalıq əlamətləri. Psixi-fiziki inkişafdan geri qalma. Oliqofreniya kəskin nəzərə çarpan imbesillik. F80.1 Nitq inkişafının spessfik pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 2807 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Bağırova Raziyyə Məhəmməd qızı oliqofreniya, kəskin nəzərə çarpan imbesillik dərəcəsində diaqnozlu psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ərizəçinin nümayəndəsi Bağırova Raziyyə Məhəmməd qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Raziyyə Bağırovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Bağırova Raziyyə Məhəmməd qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 may 1978-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, İsmayıllı şəhəri M.C.Paşayev küçəsi ev 2-də yaşayan Bağırova Raziyyə Məhəmməd qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar